Aviqdor Eskin: “Ermənilər azərbaycanlıları Qarabağa buraxmalıdır”


Siyasət 16 Okt 2017 14:33:35 344 0

Aviqdor Eskin: “Ermənilər azərbaycanlıları Qarabağa buraxmalıdır”

Dağlıq Qarabağa qeyri-qanuni səfəri üzündən Azərbaycan XİN-in "qara siyahı"sına daxil edilmiş israilli publisist və politoloq Aviqdor Eskin hesab edir ki, ermənilər və azərbaycanlılar arasında nəinki azad gediş-gəliş olmalıdır, həmçinin onlar Qarabağa da istədikləri vaxt gedə bilməlidir.

"İnsanlar arasında barışıq olmadan sülh uzunmüddətli olmayacaq və münqaişənin həlli barədə danışmaq mükün deyil, - "Sputnik Ermənistan" Eskinin sözlərini çatdırır. - Bir neçə ay öncə mən Stepanakertdə (Xankəndində - red.) idim. Əminəm ki, istənilən erməni Azərbaycana getmək hüququna malikdir, ələlxüsus da o ermənilər ki, orada anadan olublar, yaşayıblar, əcdadlarının qəbirləri oradadır. Azərbaycanlılar da istənilən ərazilərə, o cümlədən Qarabağa buraxılmalıdır. Bu cür qərar hansısa barışığa səbəb ola bilər".

Son.az virtualaz-a istinadən xəbər verir ki, o, ümid etdiyini bildirib ki, Ermənistanla Azərbaycan arasında dostluq əlaqələri yaranacaq. Eskinin sözlərinə görə, bu cür problem israillilərlə fələstinlilər arasında da var - ayrı-ayrı şəxslər arasında əlaqələrdə hələlik heç bir yaxşılaşma yoxdur.