Əməkdar artist: "Ona baxanda, ürəyim ağrıyır" VİDEO FOTO


Kriminal 16 Okt 2017 11:05:00 325 0

Əməkdar artist: "Ona baxanda, ürəyim ağrıyır"  VİDEO  FOTO

Son.az oxu.az-a istinadən əməkdar artist, xanəndə Bəsti Sevdiyeva ilə müsahibəni təqdim edir:

- Yaradıcılığınızda hansı yeniliklər var?

- Mən fasiləsiz çalışıram. Yaradıcılığıma ara verəndə, özümü pis hiss edirəm. Bineyi-qədimdən beləyəm. Bildiyiniz kimi, muğam dəstgahları çox oxumuşam. Yaşıdlarım arasında "Rast" muğamının ilk ifaçısı mən olmuşam. "Mirzəhüseyn", "Humayun", "Bayatı-Qacar" tam dəstgah muğamlarını ifa etmişəm. Bunlar zəhmət tələb edir. Sonuncu dəfə bəstəkar mahnıları yazdırmışam. Emin Sabitoğlunun "Bağışla" (Zeynəb Xanlarovanın repertuarından) mahnısını çox sevirəm, həmişə onu oxumağı arzu edirdim. Bu bəstəni klarnet ifaçısı Hacı Həmidoğlunun rəhbərliyi ilə ansamblla birgə səsləndirdim. E.Sabitoğlunun bəstələdiyi "Toy" adlı mahnını oxumuşam. Məmmədbağır Bağırzadənin "Bayram günü" bəstəsini də ifa etmişəm.

- Yaxın vaxtlarda konsert verməyi planlaşdırırsınız?

- Hesabat konserti vermək istəyirəm. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində təşkil etməyi planlaşdırırıq. Doğum günüm ərəfəsində olmasını nəzərdə tutmuşuq.

- Hesabat konsertində tamaşaçılar Bəsti Sevdiyevadan eşitmədikləri, tam fərqli ifa dinləyə biləcəklər, sürprizlər olacaq?

- Bəli, ola bilər. Fərqliliyi sevirəm, bu, mənim canımdadır. Məsələn, Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert verəndə, orkestr ilə bəstəkar, xalq mahnıları oxudum. Sonra tək royalda ariya, romanslar ifa etdim. Konsertin ikinci hissəsində isə "Rast" muğamını tam dəstgah şəklində səsləndirdim.

- Artıq 16 ildir ki, pedaqoq kimi fəaliyyət göstərirsiniz. Bəs tələbəlik illərinizi necə xatırlayırsınız?

- Mənim müəllimlərim - İslam Rzayev, Lütfiyar İmanov tələbələrə qayğı ilə yanaşırdılar. Məşqlərimiz axşam saat 6-da olurdu. Lökbatanda yaşayırdım, yolum uzaq idi deyə, həmişə məni birinci oxudub, yola salırdılar. Üstəlik, pıçıldayaraq soruşurdular ki, qızım, yolpulun var? Müəllimlərimdən bunu eşidəndə, utanırdım, hətta avtobusa minəndə, məni ağlamaq tuturdu ki, mənə niyə belə deyirlər? Çünki atam-anam məni yaxşı saxlayırdı, heç nəyə ehtiyacım olmurdu. Anam məni başa salırdı ki, sən müəllimlərə çox sağ ol deməlisən, sənə ata qayğısı göstərirlər.

Çox şükür ki, indi tələbələr o dövrdəki kimi çətinlik görmürlər. Abad, firavan yaşayırıq. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva muğama çox dəstək olur. Muğam ifaçılarının əksəriyyəti mükafatlandırılır, Prezident təqaüdü alır.

- Hazırkı tələbələriniz arasında gələcəkdə ümidlərinizi doğrulda biləcək ifaçıların olduğuna ümid edirsinizmi?

- Məsələn, Suma ola bilər. Məlahətli səsi var. Tanınmış tələbələrimdən Mirəli, əslən qarabağlıdır, efirlərə də dəvət alır, çox gözəl səsi var. Elvin, Ayşən və digərlərinin  adını çəkə bilərəm. Muğam müsabiqəsində iştirak edənlər də var: Qəmbər, Çinarə.

Kərimli Amin (III kurs), Əhmədova Zəminə (IV kurs), Tapdıqova Suma ( IV kurs), İdrisli Əli (I kurs) və konsertmeyster Vüsal Qasımov.

- Tələbələrinizlə bağlı maraqlı, yaddaqalan əhvalatlardan birini oxucularımızla bölüşə bilərsinizmi?