Kombini teztez söndürübyandırmaq yoxsa minimumda saxlamaq?
Digərləri 25 Noy 2025 08:08:00 73 0
Qış aylarında ən çox müzakirə olunan mövzulardan biri kombinin davamlı şəkildə aşağı temperaturda işlədilməsininmi, yoxsa evdən çıxarkən tamamilə söndürülüb qayıdanda yenidən yandırılmasınınmı daha az enerji sərf etməsidir. Universitetlər və enerji institutlarının apardığı araşdırmalar bu iki üsulun enerji sərfiyyatına təsirini müqayisə edib və nəticələr diqqət çəkib.
Bu xəbəri də oxu: Sumqayıtda narkotik əməliyyatı Həbs edilənlər var VİDEO
Son.az xəbər verir ki, enerji səmərəliliyi ilə bağlı aparılan elmi tədqiqatlara görə, istilik sisteminin tamamilə söndürülüb sonradan yüksək gücdə yenidən işə salınması, kombinin temperaturu qaldırmaq üçün daha çox enerji sərf etməsinə səbəb olur.
Bina Enerji Performansı üzrə aparılan akademik araşdırmada termostatı tamamilə söndürmək əvəzinə aşağı temperaturda saxlamağın enerji sərfiyyatını daha stabil etdiyi müəyyən olunub. Tədqiqatın məlumatları göstərir ki, "set-back" adlanan temperaturu 2-4 dərəcə aşağı salma metodu sabit yüksək temperaturda işlətməyə nisbətən 10-30% arası qənaət təmin edə bilər.
Başqa bir araşdırmada isə gün ərzində müəyyən saatlarda istiliyi bir neçə dərəcə azaltmağın kombini sıfırdan qızdırmaqdan daha səmərəli olduğu qeyd edilib. Mütəxəssislər bunu belə izah edir: "Evin temperaturu nə qədər düşürsə, onu yenidən isitmək üçün bir o qədər çox enerji tələb olunur. Soyumuş divar və döşəmələrin isinməsi zamanı yüksək qaz sərfiyyatı yaranır."
Bu səbəbdən xüsusilə havanın çox soyuq olduğu günlərdə kombini tamamilə söndürmək, ümumi enerji xərclərini azaltmaq əvəzinə daha da artırır.
Ən qənaətcil üsul hansıdır?
Ev bir neçə saatlıq boş qalacaqsa, kombini tam söndürməkdənsə aşağı temperatdura düşürüb işlətmək daha qənaətcil olur.
Ev bütün gün boş qalacaqsa, kombini tam söndürmək əvəzinə ekonom rejimə və ya minimal temperatura salmaq daha məqsədəuyğundur.
Gecələr, temperaturu 2-4 dərəcə azaltmaq ən səmərəli seçim hesab olunur.
Bu nəticələr Avropa və Şimali Amerikadakı enerji laboratoriyalarının məlumatları ilə də üst-üstə düşür.
Lalə Qüdrətova Son.az
"Aparıcılarda efir, mikrofona düşən səs olmalıdır. Səs ora düşm�
Ürək-damar xəstəliklərinin yaranmasında ən mühüm amillərdən biri düz
Portağal, C vitamini deyildikdə əksər insanlar tərəfindən ağla gələn i
Diyetoloq Dr. Hanna Stolinska, uşaqların sevdiyi hazır balıq məhsullarında
Öpüş zamanı ağızda tüpürcək ifrazı artır və bu proses ağız sağlam
Son dövrlərdə aparılan elmi tədqiqatlar göstərir ki, gündəlik xurma ist
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə aparılan danışıqların həll
Almaniyada təyyarəyə gecikən iki rumıniyalı sərnişin təcili çıxışda
"Toyların birində qəfildən yıxıldım. Toy idarə etdiyim anda huşumu
Ət bir çox insanın gündəlik qidasının əsas hissəsini təşkil edir, lak
"Ölümünü qızından 3 gün gizlətdik, sonra fikirləşdim ki, haradasa
Ukrayna böhranının həlli ilə bağlı ABŞ prezidenti Donald Tramp administr
Finlandiyalı gənc sahibkar Emilia Karttunen hazırladığı məhsulla qısa m�
Türkiyənin əhalisi oktyabrın 1-nə olan məlumata görə 85 milyon 980 min 6
