Stomatoloq öpüşməyin dişlərə faydasından danışdı
Digərləri 25 Noy 2025 03:03:00 82 0
Öpüş zamanı ağızda tüpürcək ifrazı artır və bu proses ağız sağlamlığına müsbət təsir göstərir.
Bu xəbəri də oxu: Avro ucuzlaşdı, rubl bahalaşdı Dollar isə bu qiymətə satılır RƏSMİ
Son.az xəbər verir ki, bunu rusiyalı stomatoloq terapevt Yekaterina Denisova bildirib. Onun sözlərinə görə tüpürcəyin tərkibində kariyesin inkişafına səbəb olan bakteriyalara qarşı təsir göstərən zülallar və fermentlər mövcuddur. Bu maddələr diş üzərində əmələ gələn lövhəni nəzarətdə saxlayır və bununla kariyes riskini azaldır.
"Tüpürcəkdə çoxlu miqdarda antibakterial maddələr var. Bunların arasında laktoferin diqqət çəkir. Bu maddə bakteriyaların çoxalması üçün lazım olan dəmiri bağlayır. Tüpürcəkdə olan digər maddələr də zərərli mikroorqanizmlərin fəaliyyətini zəiflədir. Tüpürcək həmçinin immunoqlobulin A kimi qoruyucu elementlər də daşıyır. Bu elementlər ağız boşluğunda bakteriya və virusların təsirini məhdudlaşdırır".
Denisovanın sözlərinə görə, tüpürcəyin tərkibindəki zülallar diş minasının sabit qalmasına kömək edir. Beləliklə, minanın zədələnməsi və kariyesin ilkin mərhələsi hesab olunan demineralizasiya prosesi zəifləyir. Tüpürcək eyni zamanda diş üzərində qoruyucu təbəqə yaradır və zərərli turşuları neytrallaşdırır. Tüpürcəyin aktiv ifrazı bakteriyaların yuyulmasını sürətləndirir və bu da kariyes riskini aşağı salır.
Stomatoloq bildirib ki, Ekvadorun Santyaqo Universitetində aparılan araşdırmada öpüşdən əvvəl və sonra ağız boşluğunun turşuluq dərəcəsi müqayisə olunub. Nəticələr göstərib ki, öpüş zamanı tüpürcəyin qarışması ağızda turşuluğu azaldır və bu proses hər iki tərəfə müsbət təsir edir. Ekvadorlu mütəxəssislər bu nəticəyə əsaslanaraq bir öpüş üçün qırx saniyənin optimal olduğunu qeyd ediblər. Araşdırmanın məqsədi iki insan arasında tüpürcək mübadiləsinin pH balansını bərpa edib etmədiyini müəyyənləşdirmək olub.
Həkim əlavə edib ki, kariyesi yaradan əsas səbəb bakteriyaların özləri deyil onların yaratdığı turşulardır. Buna görə ağızda turşu və qələvi balansının normal saxlanılması çox vacibdir. Denisova həmçinin qeyd edib ki, öpüşmək istəyən insanlar adətən dişlərini daha diqqətlə fırçalayır və ağız yaxalayıcılarından istifadə edir. Bu da ağız gigiyenasının ümumi səviyyəsini artırır və dişlərin daha sağlam qalmasına şərait yaradır.
Mütəxəssis bildirib ki, tərəflərdən biri və ya hər ikisi göbələk, virus və ya bakteriya mənşəli xəstəlik daşıyırsa öpüşmək məsləhət deyil.
İsmayıl Son.az
Son dövrlərdə aparılan elmi tədqiqatlar göstərir ki, gündəlik xurma ist
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə aparılan danışıqların həll
Almaniyada təyyarəyə gecikən iki rumıniyalı sərnişin təcili çıxışda
"Toyların birində qəfildən yıxıldım. Toy idarə etdiyim anda huşumu
Ət bir çox insanın gündəlik qidasının əsas hissəsini təşkil edir, lak
"Ölümünü qızından 3 gün gizlətdik, sonra fikirləşdim ki, haradasa
Ukrayna böhranının həlli ilə bağlı ABŞ prezidenti Donald Tramp administr
Finlandiyalı gənc sahibkar Emilia Karttunen hazırladığı məhsulla qısa m�
Türkiyənin əhalisi oktyabrın 1-nə olan məlumata görə 85 milyon 980 min 6
İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və
İranda sosial şəbəkələrdə yayılmış bir foto geniş müzakirələrə s�
"Yoldan keçirdim. Binada partlayış baş verdi, üç-dörd metr aralıya
Dünyaca məşhur müğənni Şakira "Zootopia 2" filminin dünya prem
