Əl yelləyib təyyarəni saxlatmaq istədilər
Dünya 25 Noy 2025 01:20:00 97 0
Almaniyada təyyarəyə gecikən iki rumıniyalı sərnişin təcili çıxışdan içəri daxil olduqdan sonra əl yelləyərək təyyarəni dayandırmağa cəhd ediblər.
Bu xəbəri də oxu: “Kritik vəziyyətdəyik” Zelenski
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Köln şəhərindən Rumıniyanın paytaxtı Buxarestə uçan təyyarənin havaya qalxmağa hazırlaşması zamanı baş verib.
Belə ki, yola düşmək üzrə olan təyyarə qapılar bağlandıqdan sonra uçuş-enmə zolağına çıxıb. Bu zaman reysi qaçıran iki rumıniyalı sərnişin hava limanında təcili çıxış qapısını qıraraq uçuş-enmə zolağına daxil olublar.
28 və 47 yaşlı iki nəfərin əl yelləyərək təyyarəni dayandırmağa cəhd etməsi və qəfil uçuş-enmə zolağında görünməsi təyyarənin qalxmasını gecikdirib. Onların "Bizi aparın!", - deyə qışqıraraq özlərini pilota eşitdirməyə çalışdıqları bildirilir.
Polis hər iki şəxs barəsində Hava Təhlükəsizliyi Qanununu pozduqları üçün qanuni iş başlanıldığını və hadisənin araşdırıldığını açıqlayıb. Son.az
"Toyların birində qəfildən yıxıldım. Toy idarə etdiyim anda huşumu
Ət bir çox insanın gündəlik qidasının əsas hissəsini təşkil edir, lak
"Ölümünü qızından 3 gün gizlətdik, sonra fikirləşdim ki, haradasa
Ukrayna böhranının həlli ilə bağlı ABŞ prezidenti Donald Tramp administr
Finlandiyalı gənc sahibkar Emilia Karttunen hazırladığı məhsulla qısa m�
Türkiyənin əhalisi oktyabrın 1-nə olan məlumata görə 85 milyon 980 min 6
İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və
İranda sosial şəbəkələrdə yayılmış bir foto geniş müzakirələrə s�
"Yoldan keçirdim. Binada partlayış baş verdi, üç-dörd metr aralıya
Dünyaca məşhur müğənni Şakira "Zootopia 2" filminin dünya prem
"Mənə ürək-dirək lazım deyil, zatən həyatımın mənasını itirmi�
Mütəxəssislər yuyulduqdan sonra belə paltarlarda qalan qoltuqaltı qoxusuna
Ermənistan-Azərbaycan sərhədində yerləşən Ermənistanın Tavuş mərzini
