XIX Ümumdünya Gənclər və Tələbələr Festivalının proqramı açıqlanıb


Siyasət 13 Okt 2017 16:40:37 376 0

XIX Ümumdünya Gənclər və Tələbələr Festivalının proqramı açıqlanıb

Azərbaycandan olan nümayəndə heyəti də Soçidə keçiriləcək festivalda iştirak edəcək

Azərbaycandan olan nümayəndə heyəti XIX Ümumdünya Gənclər və Tələbələr Festivalında iştirak etmək üçün Rusiyanın Soçi şəhərinə yola düşəcək.

Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) "Report"a verilən məlumata görə, festival oktyabrın 14-22-də keçiriləcək.

Bir həftə ərzində Soçi Olimpiya Parkında geniş müzakirələr və mədəni-idman proqramları keçiriləcək.

Festivalda dünyanın 150-dən çox ölkəsindən nümayəndə heyəti iştirak edəcək.