Azərbaycanla Belarus arasında bəyannamə imzalandı


Siyasət 13 Okt 2017 16:45:00 279 0

Azərbaycanla Belarus arasında bəyannamə imzalandı

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Minskə rəsmi səfərinin yekununa dair Bəyannamə imzalanıb.

Son.az Trend-ə istinadən bildirir ki,  bəyannaməni O.Əsədov, Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç və Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko imzalayıb.

Bəyannamədə Azərbaycan və Belarus parlamentlərinin iki ölkə arasında iqtisadi-ticari, mədəni, elmi, təhsil sahələrində əlaqələrin inkişafına töhfələri qeyd olunub.

Son.az