Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Kimlər və necə əldə edə bilərlər?


Digərləri 24 Noy 2025 10:30:00 51 0

Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Kimlər və necə əldə edə bilərlər?

İşsizlikdən Sığorta Fondunun 2026-cı il üçün büdcə layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən, fondun xərcləri 266.4 milyon manat olacaq.

Son.az xəbər verir ki, Milli.Məclisin deputatı Vüqar Bayramov bildirib ki, fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də 28 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq.

Bu 2025-ci illə müqayisədə 65.0 faiz artım deməkdir.

Bəs, bu vəsaiti kimlər ala biləcək?

Deputatın sözlərinə görə, bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlarımız üçün nəzərdə tutulub:

"Belə ki, ödəniş dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verildiyi hallarda vətəndaşa ödənilir".

Pulu almaq üçün necə müraciət etməli?

V.Bayramov qeyd edib ki, sığorta ödənişi almaq hüququ əldə etmiş şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya "DOST" mərkəzlərində işsiz şəxs kimi qeydiyyata alınmalıdır. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə əlavə edilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir.

Əlavə edib ki, müraciət edən şəxsin əmək müqaviləsinin müddətinin qutarmasına görə işdən azad olunursa işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 24 aydan, hüquqi şəxs ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə, müəssisənin mülkiyyətçisinin dəyişməsi və digər hallar ilə əlaqədar hallarda işdən azad olunarsa, işsizliyin başlamasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olması əsas tələblərdəndir:

"Ödəniş sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Həmin məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz. Sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz artırılır. Deməli, qeyd olunan hallarda iş yerlərini itirən vətəndaşlarımız ərizə ilə müraciət edərək işsizlər üçün nəzərdə tutulan vəsaiti ala bilərlər".

Mina Mikayılova Son.az

Bakıda partlayış olan ofisdən FOTOlar like
  • 24 Noy 10:24  
Digərləri Bakıda partlayış olan ofisdən FOTOlar

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu Ə.Rəcəbli küçəsində

arrow Ətraflı
Avro ucuzlaşdı, rubl bahalaşdı  Dollar isə bu qiymətə satılır  RƏSMİ like
  • 24 Noy 09:22  
Digərləri Avro ucuzlaşdı, rubl bahalaşdı Dollar isə bu qiymətə satılır RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Almaniya uçurumun kənarında: Gələcəkdən qorxan sənaye nəhəngi like
  • 24 Noy 09:22  
Siyasət Almaniya uçurumun kənarında: Gələcəkdən qorxan sənaye nəhəngi

Müasir inkişaf etmiş iqtisadiyyatların ən böyük paradoksu ondadır ki, on

arrow Ətraflı
Hoteldəki hadisədə həlak olan Eltac tələbə imiş like
  • 24 Noy 09:18  
Digərləri Hoteldəki hadisədə həlak olan Eltac tələbə imiş

Binəqədidəki "Lake Hotel"də 3 gün öncə baş verən bədbəxt ha

arrow Ətraflı
Çaydandakı ərpi təmizləmək üçün ən təsirli təbii üsul: Nə sirkə, nə də soda like
  • 24 Noy 08:41  
Digərləri Çaydandakı ərpi təmizləmək üçün ən təsirli təbii üsul: Nə sirkə, nə də soda

Ketl və çaydandakı ərpi təmizləmək üçün ən çox istifadə edilən üs

arrow Ətraflı
Dünyada ən şanslı bürclər həmişə onlar olub like
  • 24 Noy 08:08  
Digərləri Dünyada ən şanslı bürclər həmişə onlar olub

Astroloqların müşahidələrinə görə, bəzi bürclər digərlərinə nisbə

arrow Ətraflı
Etiketlərin yapışqan izini dərhal yox edən üsul açıqlandı like
  • 24 Noy 07:07  
Digərləri Etiketlərin yapışqan izini dərhal yox edən üsul açıqlandı

Mütəxəssislər qab, qazan, plastik konteyner və ya elektron məhsulların �

arrow Ətraflı
İshalın gizli səbəbləri: allergiya, ferment çatışmazlığı və daha nələr… like
  • 24 Noy 06:06  
Digərləri İshalın gizli səbəbləri: allergiya, ferment çatışmazlığı və daha nələr…

İshal çox vaxt mikroblarla əlaqələndirilsə də, həmişə səbəb infeksiy

arrow Ətraflı
Ən sağlam ət hansıdır?  Mütəxəssislər cavab verdi like
  • 24 Noy 05:05  
Digərləri Ən sağlam ət hansıdır? Mütəxəssislər cavab verdi

Ən sağlam və dietik ət növünün hansı olduğu uzun müddətdir müzakirə

arrow Ətraflı
5 min növ arasından dünyanın ən yaxşı pendiri seçildi like
  • 24 Noy 04:04  
Digərləri 5 min növ arasından dünyanın ən yaxşı pendiri seçildi

İsveçrədə keçirilən Dünya Pendir Müsabiqəsində 5 minə yaxın pendir

arrow Ətraflı
Səhər vərdişləri böyrəklərinizi məhv edə bilər – 5 təhlükəli səhv like
  • 24 Noy 03:03  
Digərləri Səhər vərdişləri böyrəklərinizi məhv edə bilər – 5 təhlükəli səhv

Böyrək sağlamlığını qorumaq üçün bəzən səhərlər etdiyimiz kiçik

arrow Ətraflı
Uşağın xatirinə boşanmamaq...  Seçim doğru, yoxsa? like
  • 24 Noy 02:02  
Digərləri Uşağın xatirinə boşanmamaq... Seçim doğru, yoxsa?

Azərbaycanda ailədaxili münasibətlərin vəziyyətini göstərən son statis

arrow Ətraflı
Yatmazdan əvvəl nəyi, nə vaxt yemək lazımdır?  Mütəxəssislərin tövsiyələri like
  • 24 Noy 01:01  
Digərləri Yatmazdan əvvəl nəyi, nə vaxt yemək lazımdır? Mütəxəssislərin tövsiyələri

Yatmazdan əvvəl nəyi və nə vaxt yemək orqanizmin sağlamlığı və yuxunu

arrow Ətraflı
Yanğında ölən Könül Vəlibəylinin qızının vəziyyəti ağırdır like
  • 24 Noy 00:10  
Digərləri Yanğında ölən Könül Vəlibəylinin qızının vəziyyəti ağırdır

Bakının Yasamal rayonunda yanan binada tüstüdən zəhərlənərək ölən Mi

arrow Ətraflı