Çaydandakı ərpi təmizləmək üçün ən təsirli təbii üsul: Nə sirkə, nə də soda
Digərləri 24 Noy 2025 08:41:00 62 0
Ketl və çaydandakı ərpi təmizləmək üçün ən çox istifadə edilən üsullar sirkə və sodadır. Lakin onların kəskin qoxusu, həmçinin sonrasında uzun müddət durulama tələb etməsi hər kəs üçün uyğun olmur. Mütəxəssislər isə həm daha təbii, həm də tamamilə təhlükəsiz yeni bir alternativi tövsiyə edir.
Son.az xəbər verir ki, Deccoria platformasının ev təmizliyi üzrə ekspertləri bildirir ki, çaydanın 3-4 həftədə bir təmizlənməsi cihazın ömrünü 50%-dək artırır və elektrik sərfiyyatını azaldır. Bazarda kimyəvi ərpaparanlar olsa da, təbii üsullar həm daha sərfəli, həm də sağlamlıq baxımından təhlükəsizdir.
Sirkə tərkibindəki asit sayəsində ərpi əridir, soda isə yüngül aşındırıcı kimi davranaraq mineral çöküntülərini təmizləyir. Bununla belə, sirkənin kəskin qoxusuna dözə bilməyən və ya sodadan effekt görməyənlər üçün daha yumşaq, lakin çox təsirli bir üsul var.
Təzə limonla aparılan təmizləmə çaydanı effektiv şəkildə ərpdən azad edir, üstəlik xoş ətir buraxır. Tamamilə təbii olduğuna görə daxili səthə də heç bir ziyan vurmur.
Bir limonu dilimləyib çaydana əlavə edin.
Üzərinə su töküb qaynadın.
Qaynadıqdan sonra ocağı söndürüb 30 dəqiqə gözləyin.
Limonun tərkibindəki sitrik asit ərpi əridəcək.
Daha güclü alternativ: Limon tuzu ilə təmizləmə
Ketl istifadə edənlər üçün mütəxəssislərin ən çox məsləhət gördüyü üsullardan biri limon tuzudur. Sitrik asit qızdırıcı hissələrə zərər vermir və ən çətin kireci belə rahatlıqla təmizləyir.
1 litr suya 2-3 yemək qaşığı limon tuzu əlavə edin.
Qarışımı qaynadın.
Minimum 30 dəqiqə gözlədin.
Sonra suyu boşaldın və çaydanlığı yaxşıca durulayın.
Bu üsul ən sərt və uzun müddət yığılan ərpi belə asanlıqla təmizləyir. Lalə Qüdrətova Son.az
Astroloqların müşahidələrinə görə, bəzi bürclər digərlərinə nisbə
Mütəxəssislər qab, qazan, plastik konteyner və ya elektron məhsulların �
İshal çox vaxt mikroblarla əlaqələndirilsə də, həmişə səbəb infeksiy
Ən sağlam və dietik ət növünün hansı olduğu uzun müddətdir müzakirə
İsveçrədə keçirilən Dünya Pendir Müsabiqəsində 5 minə yaxın pendir
Böyrək sağlamlığını qorumaq üçün bəzən səhərlər etdiyimiz kiçik
Azərbaycanda ailədaxili münasibətlərin vəziyyətini göstərən son statis
Yatmazdan əvvəl nəyi və nə vaxt yemək orqanizmin sağlamlığı və yuxunu
Bakının Yasamal rayonunda yanan binada tüstüdən zəhərlənərək ölən Mi
Dünya kakao bazarında qiymətlər yenidən yüksəlib. Mütəxəssislər xəb
Çin təqviminə görə 2026-cı il fevralın 17-dən "At ili" başlay
Noyabrın 21-də Yasamalda baş verən güclü yanğın zamanı təxliyə qapıs
Güney Azərbaycan aşıq məktəbinin tanınmış nümayəndəsi, "canlı
Məşhur türk serialı Kral Kaybederse barədə gözlənilən qərar rəsmən
