Oğurluqla narkotik alan şəxsin etirafları VİDEO FOTO


Kriminal 12 Okt 2017 17:40:00 459 0

Oğurluqla narkotik alan şəxsin etirafları  VİDEO  FOTO

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində oğurluqlar törətməkdə şübhəli bilinən Hökməli qəsəbə sakinini saxlayıblar. Son.az ARB TV-yə istinadən xəbər verir ki, narkotik aludəçisi olan 26 yaşlı Ruhan Məmmədov Aşağı Güzdək qəsəbəsində şirkətə məxsus qarajdan oğurluq edəndən sonra yaxalanıb. Qarajdan apardığı açar dəsti, laqonda və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. Məmmədov rayon ərazisində çox saylı oğurluq hadisələrini də törətdiyini gizlətməyib. O, oğurluq yolu ilə əldə etdiyi pullarla narkotik maddələrə olan təlabatını ödəyib. Faktlarla bağlı cinayət işi açılıb.


Xəbərə aid foto