Bolqarıstan prezidenti Bakıda nələri müzakirə edəcək?


Siyasət 12 Okt 2017 14:56:00 350 0

Bolqarıstan prezidenti Bakıda nələri müzakirə edəcək?

Bolqarıstan prezidenti Rumen Radev oktyabrın 13-14-də Azərbaycana rəsmi səfərə gələcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bolqarıstan dövlət başçısının rəsmi saytı xəbər verib.

Məlumatda qeyd olunur ki, Bolqarıstan prezidenti Bakıda bir sıra görüşlər keçirəcək.

Bu görüşlər çərçivəsində siyasi, ticari, iqtisadi, enerji, nəqliyyat, təhsil, elm və mədəniyyət sahələrində məsələlərin müzakirə ediləcəyi bildirilir.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində