Bakıda "zek" yenə tutuldu


Kriminal 12 Okt 2017 11:33:39 323 0

Bakıda "zek" yenə tutuldu

DIN-dən Son.az-a verilən məlumata görə, ötən gün ərzində ərazi polis orqanları tərəfindən bu sahədə həyata keçirilən tədbirlərlə ümumilikdə 6 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.     

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zəfər Namazovdan 5 kiloqramdan artıq marixuana götürülüb.

Daxil olan məlumat əsasında Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gərəkli kəndinin ərazisində kənd sakinləri Oqtay Dibirov, Məhəmməd Abdullayev, onun qardaşları Mühiddin və Elçin tərəfindən kultivasiya yolu ilə yetişdirilən 21 ədəd çətənə kolu və 439 qram marixuana aşkar edilərək götürülüb.