MDB Dövlət Başçıları Şurasının Soçidə keçirilən iclasında 18 sənəd imzalanıb


Siyasət 11 Okt 2017 17:14:09 399 0

MDB Dövlət Başçıları Şurasının Soçidə keçirilən iclasında 18 sənəd imzalanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib

Oktyabrın 11-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasın sonunda sənədlərin imzalanması mərasimi olub. Ümumilikdə, qurumun fəaliyyəti ilə bağlı 18 sənəd imzalanıb.