AŞPAda bu gün sərsəmlik şousu oldu


Siyasət 11 Okt 2017 15:57:00 367 0

AŞPAda bu gün sərsəmlik şousu oldu

Belədirsə, biz AŞPA-da nə edirik, nə üçün bu təşkilatda qalmışıq?

Avropa Şurasının baş katibi Turbyern Yaqlandın bilavasitə və birbaşa təzyiqi, təşəbbüsü və istəyi ilə Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı yönəlmiş iki sənəd qəbul olunub.

Avropa Şurası Parlament Assambleyası qarşısında Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə  14403 saylı qətnamə  səsvermədə 117 lehinə, 18 əleyhinə səslə qəbul edilib. 

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında Azərbaycan üzrə iki hesabat müzakirəyə təqdim edilmişdi.

Əvvəlcə Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Preda Sezarın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə dinləmələr keçirilib, daha sonra Alen Desteksin "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" hesabatı dinlənilib. A. Desteks toplantıda olmadığından, onu məruzəçi qismində ukraynalı deputat, xanım Olena Sotnik əvəz edib.

Çıxış edən məruzəçilər Azərbaycana etdikləri səfərlər, keçirdikləri görüşlər barədə danışıblar, eləcə də hazırladıqları hesabatların xülasəsini diqqətə çatdırıblar. S. Şennax Azərbaycana son səfərləri zamanı dövlət rəsmləri ilə yanaşı, vətəndaş cəmiyyəti təmsilçiləri ilə, məhbuslarla görüşdüklərini bildirib: "Biz buraya hansısa ölkəyə dərs vermək üçün yığışmamışıq, biz sadəcə üzv ölkələrin demokratik inkişafına öz yardımımızı göstəririk. Biz Azərbaycanda bir çox sahələrdə irəliləyişlərin olduğunu müşahidə etdik. Hökumət nümayəndələri ilə əməkdaşlıq edərək müsbət irəliləyişlərə nail olmuşuq".

Daha sonra hər iki hesabat üzrə ümumi müzakirələr keçirilib.

Şennax hesabatı təqdim edərkən bildirib ki, Azərbaycan hökümətinə polis fəaliyyəti, polisdə gender balansı barədə tövsiyələr verilib.

Onun sözlərinə görə, polisdə qadınların sayı daha çox olarsa işgəncə halları azalar.

Bundan başqa həmməruzəçilər polisi araşdıran sərbəst bir təşkilatın yaradılmasını və prokurorun müstəqil olmasını təklif edib.

Şennax onu da vurğulayıb ki, Azərbaycan hökuməti ilə böyük irəliləyişlər əldə edilib.

Müzakirələr zamanı Azad Demokratlar Grupundan Sergio Divina Azərbaycanı ifrat dərəcədə tənqid etməməyə çağırıb: "Hər kəs özü özünə uyğun olan hökumət seçir, qüvvələr ayrılığının tənqidi yersizdir, çünki Azərbaycanın mədəniyyətini nəzərə almaq lazımdır.  Bu səbəbdən "Azərbaycana qarşı hər hansı bir sanksiya və ya cəza olmamalıdır".

Sosialist deputat Konstantinos Efstathiou Azərbaycana qarşı daha sərt addımlara çağırıb. Onun sözlərinə görə, sənədlər, sən demə, "anti-Azərbaycan və ya anti-müsəlman bir addım deyil"miş: "Bu Azərbaycan xalqının xeyrinədir".

Sənədlər subyektiv, qərəzli, hesabatlar sifarişli, qətnamə isə əvvəlcədən proqnozlaşdırılan "cəza ittihamı" təsiri bağışlayıb.

Doğrudur, AŞPA Azərbaycanla münasibətdə dialoqa tərəfdar olduğunu desə də, Avropa Şurasının sədri Turbyorn Yaqland ölkəmizə qarşı aşkar antipatik, nifrət üzərində köklənmiş mövqe tutur.

İş o yerə çatıb ki, Yaqland AŞPA-nın kuluarlarında "Azərbaycanı mütləq cəzalandırmaq gərəkdir" söyləyib.

Halbuki həmişə konstruktiv müzakirələr və dialoqun tərəfdarı olub, indi də belədir.

Rəsmi Bakı AŞPA-da səslənən konstruktiv tənqidləri heç zaman rədd etməyib. Di gəl, hər şeyə rəğmən, Azərbaycan AŞPA-da sürəkli təzyiqlərlə və pressinqlə qarşılaşır.

Bundan başqa, zaman keçdikcə siyasi marionet təsiri bağışlamağa başlamış T.Yaqland Qərbin sanksiyalar tətbiq etdiyi Rusiya ilə əlaqələri normallaşdırmağa cəhd edərək Moskvaya dalbadal 5 səfər edibsə, Azərbaycanla bağlı məsələlərdə düşmənçilik və qərəz mövqelərindən çıxış edir.

Azərbaycan çox işlər görüb və AŞPA-nın Monitorinq Komitəsi ilə birgə fəaliyyət sayəsində ciddi irəliləyişlərə nail olub. Bakı AŞPA konvensiyasının bütün tələblərinə əməl edir.

Lakin sənədlərdə Azərbaycanın həyata keçirdiyi islahatlar, gördüyü işlər əks olunmayıb.

Məsələn, yüzlərlə məhbus əfv olunub, amma nə hesabatda, nə də qətnamələrdə bu, qeyd olunmayıb. Üstəlik, açıq mənbələrdən alınan məlumatların hesabata daxil edilməsi əsl absurddur. Daha doğrusu, qərəzli sənədin məzmununda erməni lobbisinin redaktəsi aydın görünür.

Sənədlərin qəbulundan sonra nə gözləməli?

Bundan sonra qurum Azərbaycana "problemlərin həlli" üçün tövsiyələr təklif edəcək.

Avropa Şurasının sədri Turbyorn Yaqland Azərbaycana qarşı "misli görünməmiş hüquqi addımın" atılmasına çağırır.

Nədir ermənipərəst, marionet Yaqlandın istəyi?

Çox güman ki, T.Yaqlandın nəzərdə tutduğu addım Azərbaycanın AŞ-a üzvlüyünün müzakirəsidir. Ən böyük ehtimalla, bu, Azərbaycanın AŞPA-ya nümayəndə heyətinin səsvermə səlahiyyəti və AŞPA-da digər fəaliyyətlərinin məhdudlaşdırılması ilə nəticələnə bilər.

Bundan başqa, "Azərbaycan camaşırxanası" adlı tragikomik "araşdırma"nın nəticələri əsasında Avropa Şurasında "Müstəqil Xarici İstintaq Qurumu"nun (Independent External İnvestigation Body) yaradılması, bu kvazitəhqiqat qrupunun Azərbaycanla bağlı iddiaları araşdırmaq niyyəti rəsmi Bakının daha bir müstəvidə hədəfə alınmasıdır.

Ümumiyyətlə isə, unutmayaq - AŞPA-nın istisnasız olaraq bütün qətnamələri sadəcə, tövsiyə xarakteri daşıyır.

Göründüyü kimi, bugünkü müzakirələrdən və səsvermədən sonra qəbul edilən sənədlər siyasi motivasiyalı, reallıqdan və Azərbaycandakı gerçək durumdan çox uzaq, qərəzli və subyektiv olduğundan heç bir halda Bakı sözügedən sənədlərlə razılaşa bilməz.

AŞPA-da bu gün gerçəkləşdirilən, ssenari müəlliflərindən birinin T.Yaqland olduğu kabare-şou Avropa Şurasının siyasi azadlıqları təcəssüm edən fundamental siyasi və humanist dəyərlərdən, vətəndaş azadlıqları və dövlətlə fərd arasındakı münasibətlərin məcmusunun çağdaş formatından uzaq olay olduğunu göstərdi.

Bizsə soruşuruq: AŞPA-da nə edirik, o təşkilatda niyə qalmışıq?!

AŞPA-dakı müzakirələr, xüsusilə də Avropa Şurasının sədri Turbyorn Yaqlandın və ştatlı "tənqidçilər"in xorunun ifasındakı "akapella 2 qətnamə" onu da nümayiş etdirdi ki, demokratiyanın təməl dəyərlərini aşkar tapdalamaq, məntiqi unutmaq, "Avropa Evi" geostrategiyasını lağa qoymaq, habelə kollektiv məsuliyyət və təhlükəsizlik sistemini qulaqardına vurmaq, sadəcə, Azərbaycanı hədəfə almaq olar.

AŞPA-dakı bugünkü burleskdə "Azərbaycan niyə REAL hərəkatının sədri İlqar Məmmədovla bağlı qərarı icra etmir?" ritorikası xüsusilə güclü idi.

Amma, lakin...

AŞPA üzvü olan Britaniya ümumiyyətlə, bu qurumun məhkəmə qərarlarını adi kağız parçası sayır.

Rusiya ölkənin məhkəmə sistemini AŞPA-ınn və Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlar