Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri: "Avropa Şurasının üzvü olduğumuz 16 il ərzində təzyiqlərə məruz qalmışıq"


Siyasət 11 Okt 2017 13:12:42 361 0

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri: "Avropa Şurasının üzvü olduğumuz 16 il ərzində təzyiqlərə məruz qalmışıq"

Səməd Seyidov: "Bu gün bizim istədiyim Avropa Şurası daxilində digər maraqlara xidmət edən şəxslərin fəaliyyətinə son qoyulmasıdır"

"Təssüf ki, Avropa Şurasının üzvü olduğumuz 16 il ərzində təzyiqlərə məruz qalmışıq".

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında "Azərbaycanda demokratik təsisatlar" adlı hesabatın müzakirəsi zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. 

O qeyd edib ki, hesabatda tənqidlərlə yanaşı müsbət hallarının da qeyd olunması müsbət haldır və dialoqa imkan yaradır: "Bəzən biz bu tənqidlərlə razı olmuruq. Lakin Azərbaycan obyektiv və konstruktiv tənqidləri dinləməyə həmişə hazırdır. Mən bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan dialoq formatında əməkdaşlığa hazırdır".

S.Seyidov bildirib ki, bu təzyiqlərə baxmayaraq Azərbaycan demokratiyanın inkişaf etdirilməsində və bütün sahələrdə kifayət qədər əhməyyətli addınlar atıb: "Bu gün bizim istədiyim Avropa Şurası daxilində digər maraqlara xidmət edən şəxslərin fəaliyyətinə son qoyulmasıdır".