Amerikalı politoloq: "Avropa İttifaqı, NATO və ABŞ Ermənistan hökumətinə daha çox təzyiq göstərməlidir"


Siyasət 11 Okt 2017 12:47:55 336 0

Amerikalı politoloq: "Avropa İttifaqı, NATO və ABŞ Ermənistan hökumətinə daha çox təzyiq göstərməlidir"

"Ermənistan hökuməti status-kvonu qorumağa çalışır, beynəlxalq və humanitar qanunları pozmağa davam edir"

"Ermənistan hökuməti status-kvonu qorumağa çalışır, beynəlxalq və humanitar qanunları pozmağa davam edir, daim günahsız vətəndaşlara və Azərbaycanın mədəni dəyərlərinə qarşı dəhşətli addımlar atır".

Bunu "Report"a amerikalı politoloq Piter Teys deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ikitərəfli və çoxtərəfli səviyyədə keçirilən görüşlər konkret nəticə verməyib, ATƏT-in Minsk qrupu isə faktiki olaraq vaxt və resurs itkisinə səbəb olur: "Avropa İttifaqı (Aİ), NATO və ABŞ Ermənistanın indiki hökumətinə daha çox təzyiq göstərməlidir ki, onlar dərhal öz qoşunlarını Azərbaycanın suveren ərazisindən geri çəksinlər. Ermənistan tərəfinin atəşkəs rejimini daim pozması təcrübəsi Azərbaycanın suverenliyinin pozulmasını aydın nümayiş etdirən göstəricidir və bu, bizi ötən əsrin 30-cu illərində faşist İtaliyasının Efiopiya və Eritreyanı işğal etdiyi günlərə aparır. Ermənistan beynəlxalq hüquqa hörmət etmir və Yeravanın siyasəti təkcə Qafqazın yox, həm də bütünlükdə Avropanın iqtisadi inkişafına əsas maneədir".

Miçiqan ştatında qondarma "erməni soyqırımı" barədə qətnamənin qəbul edilməsinə toxunan P.Teys miçiqanlı qanunvericilərin növbəti dəfə Ermənistanın dezinformasiya tələsinə düşdüyünü təəssüflə qeyd edib: "Buna kimin təşəbbüs göstərməsindən asılı olmayaraq, Miçiqan erməni təbliğatının qurbanı oldu. Ştatın qanunverici orqanının üzvləri bu addımları ilə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı faciələri tanımaqdan imtina edir. Biz hələ də dünyada ikili standartlara şahid oluruq".

Eyni zamanda, P.Teys hətta 50 ştatın hamısının qondarma soyqırımı tanıyacağı halda, ABŞ federal hökumətinin bunu qəbul etməsinin qeyri-mümkün olduğunu deyib.

Sabahın HAVAsı like
  • 11 Okt 12:47  
Digərləri Sabahın HAVAsı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departam

arrow Ətraflı
Azərbaycanlı modeldən yarıçılpaq FOTOSESSİYA like
  • 11 Okt 12:46  
Şou-biznes Azərbaycanlı modeldən yarıçılpaq FOTOSESSİYA

Model Kamilla Babayeva yeni fotosessiya etdirib.

arrow Ətraflı
Deputat: Azərbaycan iqtisadi inkişafa uğurlu siyasətin nəticəsində nail olub like
  • 11 Okt 12:45  
Digərləri Deputat: Azərbaycan iqtisadi inkişafa uğurlu siyasətin nəticəsində nail olub

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz

arrow Ətraflı
Azərbaycanlı tələbənin yaşadığı evdə meyiti tapıldı like
  • 11 Okt 12:44  
Kriminal Azərbaycanlı tələbənin yaşadığı evdə meyiti tapıldı

Rusiyanın Novosibirsk vilayətinin Dzerjinskiy rayonunda azərbaycanlı tələb

arrow Ətraflı
Məşhur prodüserin arvadı getdi: like
  • 11 Okt 12:42  
Digərləri Məşhur prodüserin arvadı getdi:

Ərimin qadınlara təcaavüz etməsi, tərbiyəsizliyi ilə bağlı xəbərlər

arrow Ətraflı
5 yaşayış məntəqəsinin yolu yenidən qurulur (VİDEO/FOTO) like
  • 11 Okt 12:40  
Digərləri 5 yaşayış məntəqəsinin yolu yenidən qurulur (VİDEO/FOTO)

Quba rayonu II Nügədi-Rustov avtomobil yolunun əsaslı şəkildə təmiri iş

arrow Ətraflı
Opera və Balet Teatrında "Şah İsmayıl" operasının tamaşası keçiriləcək like
  • 11 Okt 12:40  
Digərləri Opera və Balet Teatrında "Şah İsmayıl" operasının tamaşası keçiriləcək

Tamaşa SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunub

arrow Ətraflı
Ata ögey qızını 20 il evində əsir kimi saxladı  FOTO like
  • 11 Okt 12:37  
Dünya Ata ögey qızını 20 il evində əsir kimi saxladı FOTO

"Bir az da orada əsir kimi qalsaydım, ağlımı itirəcəkdim"

arrow Ətraflı
Nadirin videosu tənqid olundu  "Görməmişlik kimi olmasın..."  VİDEO like
  • 11 Okt 12:33  
Şou-biznes Nadirin videosu tənqid olundu "Görməmişlik kimi olmasın..." VİDEO

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə müzakirələrə səbəb olan p

arrow Ətraflı
Pirallahıda SOCAR-ın yığım nəqli sahəsi istismara verilib like
  • 11 Okt 12:30  
İqtisadiyyat Pirallahıda SOCAR-ın yığım nəqli sahəsi istismara verilib

Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin

arrow Ətraflı
Deputat: "Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar" like
  • 11 Okt 12:30  
Siyasət Deputat: "Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar"

Bu bir həqiqətdir ki, regionun inkişafı, həyata keçirilən bütün layihə

arrow Ətraflı
Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçiriləcək like
  • 11 Okt 12:29  
Siyasət Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçiriləcək

Monitorinqi Azərbaycan tərəfindən Gennadi Petrika və Saymon Tiller keçirə

arrow Ətraflı
Naməlum kişi xəstəxanada öldü like
  • 11 Okt 12:28  
Digərləri Naməlum kişi xəstəxanada öldü

DİN-dən Son.az-a verilən məlumata görə, cari ilin sentyabr ayının 23-də

arrow Ətraflı