Rövşanə "qaçqın günündəsiz" dedi,


Kriminal 11 Okt 2017 11:33:00 415 0

Rövşanə "qaçqın günündəsiz" dedi,

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovla aparıcı Rövşanə Ağasəfqızı arasında mübahisə düşüb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, "Səhər-səhər" proqramına qonaq olan Y.Muradov aparıcının ünvanına bunları deyib:

"Bir dəfə efirdə dediniz ki, qaçqın teatrlar nəyə lazımdır, bağlansınlar. Mən də sizin həmin çıxışınızın video yazısı var. Saxlamışam ki, sabah dansanız, göstərim".

R.Ağasəfqızı əvvəlcə fikrini dansa da, sonrada etiraf edib:

"Bu, mənim şəxsi fikrimdir, niyə biz tənqidə açıq deyilik? Yenə də fikrimdə qalıram. Düşünürəm ki, balaca-balaca teatrlardansa, onu böyük etsinlər. Nəyə lazımdı bu cıqqılı teatrlar? İrəvan, Gənc Tamaşaçılar, Şuşa Tetarları nəyə lazımdır? Yerindən duran ora sənət gətirir, biz də xəcalət çəkirik. Şuşa Teatrı nə edir?"