Məşur italiyalı müğənni öldü


Şou-biznes 22 Noy 2025 20:33:00 49 0

Məşur italiyalı müğənni öldü

İtaliyanın sevilən müğənnisi Ornella Vanoni 91 yaşında vəfat edib.

Son.az xəbər verir ki, İtaliyanın "Senza Fine" və "L'appuntamento" kimi beynəlxalq hitləri ilə tanınan sənətçisi Milandakı evində ürək tutmasından vəfat edib. 

İtaliyanın Baş naziri Corciya Meloni "X" sosial şəbəkəsində etdiyi paylaşımda Vanoninin ölümündən böyük kədər hissi keçirdiyini bildirib: "Onun bənzərsiz səsi nəsillər boyu İtaliya mədəniyyətində iz qoyub. İtaliya təkrarsız bir sənətkarını itirdi."

Ornella Vanoni karyerası boyunca 100-dən çox albom buraxıb və 55 milyondan artıq satışa imza atıb. Bu uğurları ona "İtalyan mahnısının xanımı" ləqəbini qazandırıb.

1937-ci ildə Milanda doğulan Vanoninin ilk marağı teatr olub və o, 1964-cü ildə Broadway səhnəsində də çıxış edib. Lakin cazdan popa qədər geniş musiqi repertuarı və özünəməxsus ifa tərzi onu musiqi dünyasında əvəzsiz bir fiqura çevirib.

Vanoninin məşhur italiyalı bəstəkar Gino Paoli ilə həm sənət əməkdaşlığı, həm də eşq münasibəti nəticəsində yaranan "Senza Fine" mahnısı 1961-ci ildə onun beynəlxalq arenaya çıxışını təmin edib.

Sonrakı illərdə o, Gil Evans, Herbie Hancock və George Benson kimi dünyaca tanınmış musiqiçilərlə də əməkdaşlıq edib.

Ornella Vanoni İtaliyanın ən nüfuzlu musiqi festivallarından olan Sanremo Musiqi Festivalında səkkiz dəfə iştirak edib və 1968-ci ildə "Casa Bianca" mahnısı ilə ikinci yerə layiq görülüb.

Bundan əlavə, o, iki dəfə Tenco mükafatını qazanaraq həm söz yazarı, həm də ifaçı kimi bu mükafatı alan yeganə qadın olub.

Lalə Qüdrətova Son.az

“Sanksiyalar ləğv olunmayacaq” like
  • 22 Noy 20:22  
Dünya “Sanksiyalar ləğv olunmayacaq”

ABŞ Prezidenti Donald Tramp Rusiyanın neft şirkətlərinə qarşı sanksiyala

arrow Ətraflı
Referendum keçiriləcəyi vaxtı açıqladı like
  • 22 Noy 20:09  
Digərləri Referendum keçiriləcəyi vaxtı açıqladı

Ermənistan yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilmə

arrow Ətraflı
Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi like
  • 22 Noy 20:06  
Digərləri Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi

Göyçay rayonunda yerləşən qəbiristanlıqlardan birindən çəkilən şəhi

arrow Ətraflı
Depressiyanın əsl səbəbi açıqlandı like
  • 22 Noy 20:00  
Digərləri Depressiyanın əsl səbəbi açıqlandı

Alimlər depressiyanın yaranmasının gözlənilməz səbəbini açıqlayıb.

arrow Ətraflı
Yanğında ölənlərdən biri də dəfn edildi like
  • 22 Noy 19:47  
Digərləri Yanğında ölənlərdən biri də dəfn edildi

Dünən Yasamalda baş verən güclü yanğın zamanı həlak olanlardan biri d�

arrow Ətraflı
Gəlinini döyən qayınana cəzalandırıldı like
  • 22 Noy 19:39  
Kriminal Gəlinini döyən qayınana cəzalandırıldı

Tovuzda gəlinini döyən qayınana cərimələnib.

arrow Ətraflı
Arif Buzovnalı kimdir?  Təhsili atıb döyüşə gedən qəzəlxan like
  • 22 Noy 19:33  
Digərləri Arif Buzovnalı kimdir? Təhsili atıb döyüşə gedən qəzəlxan

Xəbər verdiyimiz kimi şair, qəzəlxan Arif Buzovnalı 53 yaşında uzun sür

arrow Ətraflı
Türkiyədə 60a yaxın şagid qidadan zəhərləndi like
  • 22 Noy 19:23  
Digərləri Türkiyədə 60a yaxın şagid qidadan zəhərləndi

Türkiyədə 54 şagird qidadan zəhərlənib.

arrow Ətraflı
Binəqədi Gənclər Şəhərciyində yanğın oldu like
  • 22 Noy 19:14  
Digərləri Binəqədi Gənclər Şəhərciyində yanğın oldu

Binəqədi Gənclər Şəhərciyində yaşayış binasında yanğın baş verib.

arrow Ətraflı
Canlı yayımda söyüş söyən tiktoker cərimələndi like
  • 22 Noy 19:09  
Kriminal Canlı yayımda söyüş söyən tiktoker cərimələndi

Naxçıvan Muxtar Respublikasında tiktoker saxlanılıb.

arrow Ətraflı
Heyvanı qamçı ilə döyən çoban məsuliyyətə cəlb edildi like
  • 22 Noy 19:00  
Kriminal Heyvanı qamçı ilə döyən çoban məsuliyyətə cəlb edildi

Sosial şəbəkələrdə Samuxda çobanın bir qoyunu qamçı ilə döyməsini �

arrow Ətraflı
Babək ağır qəza  ana və üç övladı xəsarət aldı like
  • 22 Noy 18:42  
Digərləri Babək ağır qəza ana və üç övladı xəsarət aldı

Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Erməni nümayəndələr Bakını gəzdilər like
  • 22 Noy 18:41  
Siyasət Erməni nümayəndələr Bakını gəzdilər

21-22 noyabr 2025-ci il tarixlərində "Sülh Körpüsü" Təşəbbüs

arrow Ətraflı
Eyni tamaşa, iki fərqli obraz – Ramiz Mehdiyev Gültəkin Hacıbəylini necə müxalifətçiyə like
  • 22 Noy 18:28  
Digərləri Eyni tamaşa, iki fərqli obraz – Ramiz Mehdiyev Gültəkin Hacıbəylini necə müxalifətçiyə

Son günlərdə Gültəkin Hacıbəylinin illər əvvəl Ramiz Mehdiyevlə bağl

arrow Ətraflı