Erməni nümayəndələr Bakını gəzdilər
Siyasət 22 Noy 2025 18:41:00 64 0
21-22 noyabr 2025-ci il tarixlərində "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub.
Bu xəbəri də oxu: Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar FOTO
Son.az xəbər verir ki, səfər çərçivəsində Təşəbbüsün Ermənistandan olan nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşüblər.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələr müzakirə olunmuş, həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual mövzulara da toxunulub.
Bundan əlavə, media məkanında birgə fəaliyyətin intensivləşdirilməsi, ekspert qrupları arasında birbaşa əlaqələrin qurulması, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha geniş şəkildə cəlb edilməsi barədə razılıq əldə olunub.
"Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində işgüzar səviyyədə əlaqələrin və hər iki ölkəyə qarşılıqlı səfərlərin davam etdirilməsi də qərara alınıb.
Səfər zamanı "Sülh Körpüsü" Təşəbbüsü üzvləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüblər.
Səmimi şəraitdə keçən fikir mübadiləsi zamanı Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunub.
Hikmət Hacıyev Təşəbbüs üzvlərinin suallarını cavablandırıb.
Son günlərdə Gültəkin Hacıbəylinin illər əvvəl Ramiz Mehdiyevlə bağl
Braziliya ştatında polis dəhşətli cinayətin üstünü açıb. 24 yaşlı A
Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı h�
Əməkdar artist Bəsti Bəkirova "Öz aramızda" verilişində qonaq
Azərbaycanlı qazinin toy mərasimində çəkilən görüntülər sosial şəb�
Hazırda ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq r
Almaniyada yerləşən nəhəng Westwall Bunkeri ilə bağlı video sosial şəb
Sentyabrın 27-də Qubada avtomobilin ağaca çırpılması nəticəsində yar
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) bu səhər sosial şəbəkə izlə
Tibb tarixinin ən unikal və cəsarətli əməliyyatlarından biri 1961-ci ild�
Bakı şəhəri Xətai rayonunun keçmiş prokuroru Mahir Cavadov psixiatriya x�
Müğənni Kəmalə Günəşlinin illər öncə toy məclislərindən birində l
"Binanın təxliyə olunmaq üçün nəzərdə tutulan qapısı "Loft&
