Yasamalda yanan binanın sakinləri: "Restoran sahibi qarajın yarısını mənimsəyərək, şaxtanı ələ keçirdi"
Digərləri 22 Noy 2025 18:50:00 56 0
Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında üç nəfərin həlak olması ölkə gündəmini silkələdi.
Bu xəbəri də oxu: Türkiyədə 60a yaxın şagid qidadan zəhərləndi
Son.az xəbər verir ki, oxu.Az hadisənin detallarını öyrənmək üçün sözügedən əraziyə yollanıb.
Bina sakinlərinin iddiasına görə, yanğının baş verməsinə əsas səbəb orada yerləşən "Loft" restoranı olub. Vurğulanır ki, sözügedən obyekt iki ildir ki, fəaliyyət göstərir. Qeyd olunur ki, sahibkar binaya məxsus qarajın yarısını mənimsəyərək restoran və stomatoloji mərkəz təşkil edib. Həmçinin bir ay öncə hibrid maşınların elektrikdoldurma dayanacağını quraşdırıb və həmin dayanacağın generatorunu binanın zirzəmisinə yerləşdirib. Məhz generatorlar olan hissədə yanğın başlayıb. Sakinlər əlavə edirlər ki, təxminən 20 gün əvvəl binanın texniki işçisi zirzəmiyə daxil olmaq istəsə də, restoran əməkdaşları buna icazə verməyib və onu döyüblər.
Adını açıqlamaq istəməyən bina sakini Oxu.Az-a açıqlamasında bildirdi ki, restoran sahibinin zirzəmini zəbt etməsinə əvvəlki komendant Abbas (soyadını dəqiqləşdirmək mümkün olmadı) icazə verib:
Yasamalda yanan binanın sakinləri: Restoran sahibi qarajın yarısını mənimsəyərək, şaxtanı ələ keçirdi
"Məhz onun rəhbərliyi dövründə restoran fəaliyyətə başladı və bizim şaxta onların nəzarətinə verildi. Həmin şəxslər də qapını bağlayır, əməkdaşların oraya daxil olmasına mane olurdular. Biz Abbasdan narazı qaldıq, sakinlər razılaşdılar ki, dünənki yanğında həlak olan Samir Məmmədovu seçək. O, çox yaxşı insan idi. Binanın həyətini, liftini abadlaşdırdı. Əvvəllər lift bərbad halda idi, bəzən heç işləmirdi. Təəssüf ki, kimlərinsə məsuliyyətsizliyi nəticəsində özü rəhmətə getdi, iki uşağı isə yetim qaldı. Hazırda evim pis gündədir, necə edəcəyəm, bilmirəm".
Binanın digər sakini Tamilla Qurbanova da Oxu.Az-a açıqlamasında hadisənin detallarından danışıb.
Xəbərə aid video
Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
21-22 noyabr 2025-ci il tarixlərində "Sülh Körpüsü" Təşəbbüs
Braziliya ştatında polis dəhşətli cinayətin üstünü açıb. 24 yaşlı A
Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı h�
Əməkdar artist Bəsti Bəkirova "Öz aramızda" verilişində qonaq
Azərbaycanlı qazinin toy mərasimində çəkilən görüntülər sosial şəb�
Hazırda ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq r
Almaniyada yerləşən nəhəng Westwall Bunkeri ilə bağlı video sosial şəb
Sentyabrın 27-də Qubada avtomobilin ağaca çırpılması nəticəsində yar
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) bu səhər sosial şəbəkə izlə
Tibb tarixinin ən unikal və cəsarətli əməliyyatlarından biri 1961-ci ild�
Bakı şəhəri Xətai rayonunun keçmiş prokuroru Mahir Cavadov psixiatriya x�
Müğənni Kəmalə Günəşlinin illər öncə toy məclislərindən birində l
