Azərbaycanın elektron imza təcrübəsi


Siyasət 11 Okt 2017 10:57:00 312 0

Azərbaycanın elektron imza təcrübəsi

Azərbaycanın elektron imza təcrübəsi BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının toplantısında təqdim olunub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

İsveçrənin Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən "Elektron ticarət və rəqəmli iqtisadiyyat" üzrə hökumətlərarası ekspert qrupunun ilk iclası keçirilib. İclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi iştirak edib.

Ekspert qrupunun əsas məqsədi rəqəmli iqtisadiyyatın dünya ölkələri üzrə qeyri-bərabər inkişaf etdiyini nəzərə alaraq, elektron ticarətin imkanlarından faydalanmaqda və mövcud çətinliklərin aradan qaldırılmasında inkişaf etməkdə olan ölkələrə dəstək olmaqdır.

Müxtəlif beynəlxalq təşkilatların rəsmiləri ilə yanaşı, 70-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi hökumətlərarası ekspert qrupunun iclasında BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən hazırlanan "İnformasiya İqtisadiyyatı 2017" hesabatı təqdim olunub.

İclasda inkişaf etməkdə olan ölkələrdə rəqabətə davamlı elektron ticarət və rəqəmli iqtisadiyyatın qurulması ilə bağlı ehtiyacların müəyyənləşdirilməsi, inkişaf etməkdə olan ölkələrin texnoloji infrastrukturunun yaxşılaşdırılması üçün görüləcək işlər, elektron ticarətin imkanlarından maksimum yararlanmaq və mövcud çətinliklərin aradan qaldırılması üçün inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrlə tərəfdaşlıq formalarının müəyyənləşdirilməsi kimi məsələlər müzakirə olunub.

Tədbirdə 2016-cı ildə UNCTAD tərəfindən təsis olunmuş beynəlxalq "www.etradeforall.org" platformasının inkişafına dair məlumat verilib. Sözügedən platforma inkişaf etməkdə olan ölkələrə elektron ticarətin potensialından faydalanmağa imkan verir. Bu təşəbbüs vasitəsilə ölkələr potensial tərəfdaşlarla əlaqə qura, yeniliklər və elektron ticarət üzrə ən son məlumatları əldə edə bilərlər.

Tədbirdə çıxış edən Nazirliyin nümayəndəsi Azər Bayramov elektron ticarət və rəqəmli iqtisadiyyatın inkişafı üzrə Azərbaycan təcrübəsindən, elektron hökumətin, elektron xidmətlərin və Açıq Hökumət Məlumatlarının elektron ticarətin inkişafında mühüm rolundan danışıb.

Qeyd edilib ki, 2018-ci ildən etibarən Azərbaycan vətəndaşlarına veriləcək yeni nəsil şəxsiyyət vəsiqələri, mobil hökumətin və mobil imzanın geniş tətbiqi ölkəmizdə elektron ticarətin inkişafı üçün mühüm təkan verəcək.

Çıxışda ölkələrarası elektron ticarətin inkişafı üçün elektron imzaların qarşılıqlı tanınmasının əhəmiyyəti və bu istiqamətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən görülən işlər barədə məlumat verilib. Elektron imzanın tətbiqi ilə bağlı Azərbaycan təcrübəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb və uğurlu təcrübə kimi qeyd olunub.

Avtomobil idxalına görə rüsum artırılacamı? - Rəsmi cavab like
  • 11 Okt 10:56  
Digərləri Avtomobil idxalına görə rüsum artırılacamı? - Rəsmi cavab

Dövlət Gömrük Komitəsi avtomobil idxalına görə gömrük rüsumunun artı

arrow Ətraflı
Məşhur güneyli sənətçi Bakıda klip çəkdirdi  FOTO like
  • 11 Okt 10:54  
Şou-biznes Məşhur güneyli sənətçi Bakıda klip çəkdirdi FOTO

Güney Azərbaycandan olan tanınmış müğənni Sohel Pakdel Azərbaycanda ilk

arrow Ətraflı
Məhkəmə sabiq prokurora bəraət verib like
  • 11 Okt 10:51  
Sosial Məhkəmə sabiq prokurora bəraət verib

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxun

arrow Ətraflı
KİV: Şimali Koreya yeni qitələrarası raket istehsal edib like
  • 11 Okt 10:48  
Dünya KİV: Şimali Koreya yeni qitələrarası raket istehsal edib

Ekspertlər bunun "Hvanson-14"ün modernləşdirilmiş üçhissəli variantı ol

arrow Ətraflı
DÇ-2018-də iştirak edəcək 23 ölkənin adı dəqiqləşdi like
  • 11 Okt 10:48  
İdman DÇ-2018-də iştirak edəcək 23 ölkənin adı dəqiqləşdi

Rusiyada 2018-ci ildə keçiriləcək dünya çempionat

arrow Ətraflı
Alişan İrana getdi, 11 qadından evlilik təklifi aldı  FOTO like
  • 11 Okt 10:48  
Digərləri Alişan İrana getdi, 11 qadından evlilik təklifi aldı FOTO

Alişan dostunun restoranının açılışı üçün İrana gedib

arrow Ətraflı
"Öldürəcəkdilər məni"  Azərbaycanlı aktrisadan like
  • 11 Okt 10:45  
Digərləri "Öldürəcəkdilər məni" Azərbaycanlı aktrisadan

Hər zaman səmimi etirafları ilə diqqət çəkən aktrisa Könül Yusif qız

arrow Ətraflı
TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edildi like
  • 11 Okt 10:44  
Digərləri TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edildi

TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib.

arrow Ətraflı
İsrail qaz ixracının Türkiyə üzərindən həyata keçiriləcəyinə ümid edir like
  • 11 Okt 10:44  
İqtisadiyyat İsrail qaz ixracının Türkiyə üzərindən həyata keçiriləcəyinə ümid edir

İsrail qazını ixrac edəcək boru xətti Cənub Daz Dəhlizinə qoşula bilə

arrow Ətraflı
"Vətən xaini"ni döydülər, zorladılar, başını kəsib, qanını içdilər  FOTO like
  • 11 Okt 10:44  
Dünya "Vətən xaini"ni döydülər, zorladılar, başını kəsib, qanını içdilər FOTO

Qadın öldürülməzdən əvvəl ögey oğlu ilə cinsi əlaqəyə məcbur edil

arrow Ətraflı
İdxal edilən tütün və spirtli içkilərə görə aksiz vergisi artırıla bilər like
  • 11 Okt 10:40  
Digərləri İdxal edilən tütün və spirtli içkilərə görə aksiz vergisi artırıla bilər

Azərbaycan hökuməti aksiz vergisi dərəcələrinin dəyişdirilməsini müza

arrow Ətraflı
Azərbaycanın elektron imza təcrübəsi BMT-də təqdim olunub like
  • 11 Okt 10:39  
Digərləri Azərbaycanın elektron imza təcrübəsi BMT-də təqdim olunub

Azərbaycanın elektron imza təcrübəsi BMT-nin Ticarət və İnkişaf üzrə

arrow Ətraflı
Bilik Fondu ana dilinin saflığının qorunması ilə bağlı mühazirələri davam etdirir (FOTO) like
  • 11 Okt 10:34  
Digərləri Bilik Fondu ana dilinin saflığının qorunması ilə bağlı mühazirələri davam etdirir (FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Mədəni maarif

arrow Ətraflı