Bakı-Quba yolunda qəza sürücünün ölümü ilə nəticələndi


Digərləri 11 Okt 2017 08:43:34 324 0

Bakı-Quba yolunda qəza sürücünün ölümü ilə nəticələndi

Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.

Bakı. Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yolun 32-ci kilometrliyində “SHACMAN“ markalı yük avtomobili yolda idarəetməni itirərək dəmir çəpərə çırpılaraq aşıb. Yük avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Qasımov Firudin Əziz oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb. Bakı-Quba yolunda qəza sürücünün ölümü ilə nəticələndi