"Muğamat var olan yerdə" layihəsi davam edir


Kriminal 10 Okt 2017 15:27:00 494 0

"Muğamat var olan yerdə" layihəsi davam edir

Beynəlxalq Muğam Mərkəzi keçən mövsümdə  olduğu kimi 2017- ci ilin yeni mövsümündə də bir neçə layihələrə start verir. Bunlardan biridə "Muğamat var olan yerdə" adlı layihədir.

Son.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin bu layihəsi çərçivəsində VI televiziya Muğam müsabiqəsinin qalibi Pərviz Qasımovun oktyabrın 26 -sı  saat 19:00 - da konserti keçiriləcək. 

Konsertdə Pərviz Qasımov "Mirzə Hüseyn segahı", Qarabağ şikəstəsi", xalq mahnıları"Dəli ceyran","Mən gəlmişəm sizə qonaq","Yaşa məhəbbətim"(Əlibaba Məmmədov) və.b.təsniflər ifa edəcək. İfaçını "Uğur" ansamblı müşaiyət edəcək. Ansamblın bədii rəhbəri Altay Niftəliyevdir.