"Muğam və Mənəviyyat” adlı konsert keçiriləcək


Kriminal 10 Okt 2017 14:30:00 429 0

"Muğam və Mənəviyyat” adlı konsert keçiriləcək

"Rast dəstgahı" muğamının səsləndiriləcəyi gecədə Xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova və Əməkdar artist Ehtiram Hüseynov iştirak edəcəklər.

Son.az xəbər verir ki, Fəraməz Gərmrudinin təqdimatında keçiriləcək gecədə xanəndələri "Könül" ansamblı müşayiət edəcək.

Saat 19:00 -da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.