Türkiyədə azərbaycanlı qadına təcavüz edən şəxs haqqında QƏRAR VERİLDİ FOTO


Kriminal 09 Okt 2017 16:42:00 437 0

Türkiyədə azərbaycanlı qadına təcavüz edən şəxs haqqında QƏRAR VERİLDİ  FOTO

Türkiyədə baş verən dəhşətli hadisə ilə bağlı yeni məlumat yayılıb. 

Son.az baku.ws-yə istinadən xəbər verir ki, Samsunda 41 yaşlı Azərbaycan vətəndaşına cinsi təcavüz edib, daha sonra üzünə "kislota" tökən şəxs haqqında yenidən saxlanılma qərarı çıxarılıb. Bir neçə gün öncə saxlanılıb dindirildikdən sonra sərbəst buraxılan şəxs İstanbulda ələ keçirilib. 

Hadisə, təxminən 4 il əvvəl Samsuna gəlmiş iki uşaq anası, azərbaycanlı qadınla bir türk kişi arasında baş verib. Qadın maddi sıxıntı səbəbindən şübhəli şəxsdən borca pul istəyib. Hadisə baş verən gün şübhəli şəxsin evinə gedən qadın təcavüzə məruz qalıb. Şübhəli şəxs təcavüzə müqavimət göstərməyə çalışan adının üzünə "kislota" töküb.


Xəbərə aid fotolar