ABŞ və Türkiyə arasında viza "savaşı"


Siyasət 09 Okt 2017 10:31:11 360 0

ABŞ və Türkiyə arasında viza "savaşı"

Türkiyə və ABŞ viza xidmətlərinin bir qismini dayandırır

. Türkiyənin Vaşinqtondakı səfirliyi ABŞ hökumətinin missiya və personalın təhlükəsizliyi ilə bağlı öhdəliyini "yenidən qiymətləndirməyin" gərəkli olduğunu söyləyib.

Daha əvvəl ABŞ-ın Ankaradakı səfirliyi tərəfindən çox bənzər bir bəyanat verilib.

Son.az CNN-ə istinadən bildirir ki, bu, keçən ilin iyul ayında baş vermiş uğursuz hərbi çevrilişdə günahlandırılan Fətullah Gülənlə əlaqədə şübhəli bilinən ABŞ-ın İstanbuldakı konsulluq işçisi Mətin Topuzun saxlanılmasından sonra baş verib.

M.Topuz uğursuz hərbi çevriliş cəhdi zamanı FETX terror təşkilatının mənsubu olan polis rəisləri, habelə sabiq prokuror Zəkəriyyə Özlə sıx ünsiyyətdə olub.

Vaşinqton bu hərəkəti "əsassız olduğuna və ikitərəfli münasibətlərə zərər verdiyinə" görə qınayıb.

Tutulan konsulluq işçisi bir Türkiyə vətəndaşı olub.

Türkiyənin Vaşinqtondakı səfirliyi bazar günü verdiyi bəyanatda bildirib: "Son hadisələr Türkiyə hökumətini ABŞ hökumətinin Türk missiya qurumlarının və personalının təhlükəsizliyi ilə bağlı öhdəliyini yenidən qiymətləndirməyə məcbur etdi. Bu qiymətləndirmə davam edərkən ABŞ-dakı diplomatik və konsulluq missiyasına gələnlərin sayını minimuma endirmək üçün ABŞ-da diplomatik və konsulluq missiyalarında ABŞ vətəndaşları ilə əlaqədar bütün viza xidmətlərinı dərhal dayandırdıq",  - bəyanatda deyilir.

Bu tədbirin stiker vizaları, eləcə də e-viza və sərhəd vizalarına tətbiq olunacağı vurğulanıb.

Türkiyənin bəyanatı ABŞ bəyanatı ilə eynidır, sadəcə, ölkələrin adı dəyişir.

ABŞ-ın Ankaradakı səfirliyi bəyan etmişdi: "Türkiyədəki bütün ABŞ diplomatik quruluşlarında qeyri-immiqrant viza xidmətlərinin dayandırılır".

Qeyri-immiqrant vizaları turizm, tibbi müalicə, biznes, müvəqqəti iş və ya təhsil üçün ABŞ-a səyahət edənlərə verilir.

Vətəndaşlıq və ya yaşam izni istəyənlər ABŞ immiqrant vizaları üçün müraciət edə bilərlər.

Rəsmi Ankara Fətullah Gülənin rəhbərliyi ilə keçən ilin iyul ayında baş vermiş hərbi çevriliş cəhdinin arxasında olmaqda günahlandırır.

Ankara aylar ərzində Vaşinqtona Güləninin təhvil verilməsi üçün dəfələrlə müraciət etsə də, Vaşinqton müraciətləri qulaqardına vurub.

Ötən il baş vermiş hərbi çevriliş cəhdindən sonra Türkiyədə 40 min insan həbs olunub, 120 min nəfər isə işdən azad edilib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində