Azərbaycanın müdafiə naziri Belarusa səfər edəcək


Siyasət 06 Okt 2017 19:16:13 331 0

Azərbaycanın müdafiə naziri Belarusa səfər edəcək

Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi müzakirə ediləcək

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus müdafiə naziri, general-leytenant Andrey Ravkovun dəvəti ilə oktyabrın 8-də Minsk şəhərinə yola düşəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub.

Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.