Azərbaycanda ilk dəfə – Çin Sirki “Santa və Qızıl Əjdaha” Circus Sea Breezedə Yeni İl Şousu
Kriminal 21 Noy 2025 12:33:00 44 0
Circus Sea Breeze 13 dekabr - 11 yanvar tarixlərində Azərbaycanda ilk dəfə olaraq orijinal Çin sirkini təqdim edir.
Bu xəbəri də oxu: Şəhid məzarlarından oğurluq edən şəxslər saxlanıldı
"Santa və Qızıl Əjdaha" adlı bu yeni il proqramı Çin akrobatikasını, Şaolin sinxronluğunu, hava nömrələrini, balans və akrobatik piramidaları birləşdirən xüsusi bir səhnə layihəsidir. Şou müasir texnologiyalar - gologramlar, animasiyalar və 7D effektləri ilə zənginləşdirilərək tamaşaçılara immersiv vizual təcrübə təqdim edəcək.
Yeni il dekorasiyası - Santa, yolka, qırmızı fənərlər və işıq elementləri - şounun bayram ab-havasını gücləndirəcək və həm uşaqlar, həm də böyüklər üçün maraqlı atmosfer yaradacaq.
Adət-ənənəyə sadiq qalaraq, şounun təşkilatçısı Allahverdi İsrafilov ilk nümayişləri valideyn himayəsindən məhrum olmuş uşaqlara, şəhid və qazi övladlarına, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlara həsr edir. Məqsəd yeni ilin ilk günlərində bu uşaqlara diqqət, sevinc və unudulmaz bayram ovqatı bəxş etməkdir.
Noyabrın 30-dək davam edən xüsusi kampaniya çərçivəsində bütün biletlər 15 AZN qiyməti ilə təqdim olunur. Tamaşaçıların rahatlığı üçün "Koroğlu" metrosundan Circus Sea Breeze-ə və geri xüsusi avtobus xidməti təşkil olunacaq.
Biletləri şəhərin bütün kassalarından və https://iticket.az/ru/events/circus/chinese-circus-santa-and-the-golden-dragon saytından əldə etmək mümkündür.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişk
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexani
Yaponiyada 32 yaşlı bir qadın qeyri-adi nikah mərasimi ilə diqqətləri üz
Ziraat Bank Azərbaycan 19-20 Noyabr tarixlərində "Etibarlı, Təhlükəs
Müğənni Rəqsanə İsmayılova həbsdən sonra "Instagram"da ilk pa
Müğənni Rəqsanənin həyat yoldaşı Fazil Əmiraslanovdan ayrıldığı idd
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Müğənni Təranə Qumral "Öz aramızda" verilişində səsləndirdi
Anar Əliyev: "Əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayr�
ABŞ prezidenti Donald Tramp "Türkiyə" adı ilə zarafat edib.
"Xalqın son dərəcə ağır və keşməkeşli günlərində, dövlətçil
Yollarda çəkilən avtobus zolaqları ictimaiyyət arasında ən çox müzakir�
İdxal olunan pendir məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb.
2025-ci ilin 21 noyabr tarixində Ermənistanın vətəndaş cəmiyyəti nümay�
İndoneziyanın Yava adasında şiddətli yağışların yaratdığı torpaq sü
