Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər FOTO


Digərləri 21 Noy 2025 11:45:00 45 0

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər  FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Lənkərana səfər çərçivəsində bir sıra ekoloji aksiyalarda iştirak ediblər.

Son.az xəbər verir ki, əvvəlcə IDEA İctimai Birliyi tərəfindən Lənkəran rayonunda meşə ərazisində "Yaşıl Marafon" çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Könüllülülərin iştirakı ilə həyata keçirilən aksiyada 1350 ədəd Eldar şamı tingi əkilib. Tədbir zamanı yaşıllıq zolaqlarının genişləndirilməsi, meşə fondunun bərpası və ekosistemin mühafizəsi istiqamətində reallaşdırılan işlər barədə məlumat verilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika Yaşıllaşdırma Marafonu"nun ("Yaşıl Marafon") əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. "Yaşıl Marafon" çərçivəsində 2025-ci ilin payız və 2026-cı ilin yaz əkin mövsümləri ərzində ölkə üzrə 2 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.

Daha sonra Hirkan Milli Parkının ərazisinə biomüxtəlifliyin zənginləşdirilməsi məqsədilə heyvanların təbiətə buraxılması aksiyası təşkil olunub. Aksiya çərçivəsində 2 yenot, 2 tülkü və 4 tirəndaz təbii mühitə buraxılıb. Yenotlar bir müddət əvvəl IDEA İctimai Birliyinin təşəbbüsü və aidiyyəti qurumların iştirakı ilə aparılan birgə yoxlama nəticəsində iaşə obyektlərində qanunsuz saxlanılması aşkarlanmış və xilas edilmişdilər. Həmin yenotlar 4 ay müddətində Bakı Zooloji Parkında müalicə və reabilitasiya olunaraq tam sağaldıqdan sonra təbiətə qaytarılıb.

Təbiətə qaytarılan tülkülər isə vətəndaşlar tərəfindən yaralı halda aşkarlanaraq Bakı Zooloji Parkına təhvil verilmişdi. Onlar Zooloji Parkda bir il müddətində klinik şəraitdə müayinə və müalicə olunub, reabilitasiya prosesi uğurla başa çatdıqdan sonra təbii mühitə buraxılıb.

Aksiyada təbiətə buraxılan tirəndazlar vaxtilə Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil edilmiş növlərdən olub. Ölkəmizdə bu sahədə həyata keçirilən uğurlu mühafizə tədbirləri nəticəsində bu vəhşi heyvanların sayı artırılıb və növ "Qırmızı kitab"dan çıxarılıb. Milli Parka buraxılan tirəndazlar Bakı Zooloji Parkında çoxaldılan və təbii populyasiyası bərpa olunan fərdlərdəndir.

Qeyd edək ki, sözügedən ekoloji aksiyalar IDEA İctimai Birliyi tərəfindən Azərbaycanda ətraf-mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində mütəmadi olaraq görülən işlərin tərkib hissəsidir.

"Onunbunun ərindən uşaq doğanlar..."  Efirdə like
  • 21 Noy 11:23  
Şou-biznes "Onunbunun ərindən uşaq doğanlar..." Efirdə

Müğənni Təranə Qumral "Öz aramızda" verilişində səsləndirdi

arrow Ətraflı
Əhaliyə pensiyalarla bağlı ŞAD XƏBƏR like
  • 21 Noy 11:18  
Digərləri Əhaliyə pensiyalarla bağlı ŞAD XƏBƏR

Anar Əliyev: "Əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayr�

arrow Ətraflı
Tramp "Türkiye" adı ilə zarafat etdi  VİDEO like
  • 21 Noy 11:11  
Dünya Tramp "Türkiye" adı ilə zarafat etdi VİDEO

ABŞ prezidenti Donald Tramp "Türkiyə" adı ilə zarafat edib. 

arrow Ətraflı
Kamaləddin Qafarov: “YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır” like
  • 21 Noy 11:10  
Siyasət Kamaləddin Qafarov: “YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır”

"Xalqın son dərəcə ağır və keşməkeşli günlərində, dövlətçil

arrow Ətraflı
Zolağından çıxan avtobus sürücüləri əslində 40 manat cərimələnməlidir  QAYDA like
  • 21 Noy 11:00  
Digərləri Zolağından çıxan avtobus sürücüləri əslində 40 manat cərimələnməlidir QAYDA

Yollarda çəkilən avtobus zolaqları ictimaiyyət arasında ən çox müzakir�

arrow Ətraflı
Azərbaycana gətirilən çeddar pendirində zərərli bakteriya aşkarlandı  FOTO like
  • 21 Noy 10:50  
Digərləri Azərbaycana gətirilən çeddar pendirində zərərli bakteriya aşkarlandı FOTO

İdxal olunan pendir məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb.

arrow Ətraflı
Ermənistan nümayəndə heyəti Bakıdadır like
  • 21 Noy 10:48  
Siyasət Ermənistan nümayəndə heyəti Bakıdadır

2025-ci ilin 21 noyabr tarixində Ermənistanın vətəndaş cəmiyyəti nümay�

arrow Ətraflı
Torpaq sürüşməsi oldu  Xeyli sayda ölən və itkin düşən var like
  • 21 Noy 10:44  
Dünya Torpaq sürüşməsi oldu Xeyli sayda ölən və itkin düşən var

İndoneziyanın Yava adasında şiddətli yağışların yaratdığı torpaq sü

arrow Ətraflı
İlham Əliyev: Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır like
  • 21 Noy 10:38  
Siyasət İlham Əliyev: Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər

arrow Ətraflı
“Yeganə” şadlıq sarayı yüksək məbləğdə borca düşdü like
  • 21 Noy 10:36  
Digərləri “Yeganə” şadlıq sarayı yüksək məbləğdə borca düşdü

"Yeganə" şadlıq sarayının dövlət qarşısında vergi borcunun y

arrow Ətraflı
"Qarabağ"ın formaları narazılığa səbəb oldu like
  • 21 Noy 10:25  
Digərləri "Qarabağ"ın formaları narazılığa səbəb oldu

"Qarabağ" FK-nın formalarının qiyməti valideynlərin narazılığ

arrow Ətraflı
Prezident İƏT D8 media forumunun iştirakçılarına müraciət ünvanladı like
  • 21 Noy 10:23  
Siyasət Prezident İƏT D8 media forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "Dialoqun, əməkdaşlığın və regional həmrə

arrow Ətraflı