Kamaləddin Qafarov: “YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır”


Siyasət 21 Noy 2025 11:10:00 39 0

Kamaləddin Qafarov: “YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır”

"Xalqın son dərəcə ağır və keşməkeşli günlərində, dövlətçiliyimizin ciddi sınaqlara məruz qaldığı, ölkənin vətəndaş müharibəsinin bir addımlığında durduğu bir dövrdə Azərbaycanın taleyini düşünən bir qrup ziyalı insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri, dünya miqyaslı peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər".

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, əgər 1990-cı illərin əvvəllərində Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə müraciət edib onu yenidən hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlərlə üzləşə bilərdi.

"Beləliklə, XX əsrin sonlarında Yeni Azərbaycan Partiyası ölkəni xilas etmək və böhrandan çıxarmaq üçün bütün mütərəqqi qüvvələrin vahid mərkəz ətrafında təşkilatlanması məqsədilə yaradıldı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında olan misilsiz xidmətlərindən biri də məhz Yeni Azərbaycan Partiyasına rəhbərliyi ilk gündən öz əllərinə götürərək bu partiyanı qısa müddət ərzində müxalifət mövqelərindən iqtidar mövqelərinə daşıması olmuşdur".

Millət vəkili  YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş  partiyanın yeni Proqramının effektivliyini vurğulayaraq deyib:

"YAP-ın beş fəsildən ibarət olan yeni Proqramında partiyanın siyasi dəyərlər və prinsiplər sistemini xarakterizə edən 10 əsas strateji istiqamət müəyyən olunub. İlk növbədə, yeni Proqramda  Heydər Əliyev siyasi-ideoloji xəttinin partiyanın alternativsiz inkişaf yolu olduğu bir daha təsdiq edilib. Həmçinin ölkənin ümumi inkişaf konsepsiyasının əsasları kimi müstəqillik, Azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, siyasi varislik və təkamül prinsipləri qeyd olunub. Eləcə də hüquqi-demokratik cəmiyyətin qurulması istiqamətində konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyətin və demokratik ənənələrin inkişafı mütləq prioritetlər kimi müəyyən edilib. Qeyd olunmalıdır ki, YAP-ın strateji hədəflərindən olan "Ordu quruculuğu" və "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" konsepsiyaları bu gün ölkəmizdə və ümumilikdə Cənubi Qafqazda formalaşmış yeni reallıqların və gedən proseslərin fonunda öz aktuallıqlarını getdikcə artırırlar. 2003-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının inkişaf kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə uğurla davam etdirilir. Bunun nəticəsində, qısa müddət ərzində YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra ilk dəfə, 2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə oldu. Ulu Öndər Heydər Əliyev öz siyasi vəsiyyətində demişdi ki, bizim başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Dövlət başçımızın dediyi kimi, bu işlərin arasında ən vacibi sözsüz ki, Qarabağ probleminin həlli idi. Buna görə də Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu problemi bütün işlərin mərkəzinə qoydu. Azərbaycan 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə 30 illik işğala son qoydu. 2023-cü il  sentyabrın  19-da   ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu gün işğaldan azad edilmiş ərazilərimizə "Böyük Qayıdış"ın, eləcə də ölkənin təhlükəsizliyinin təmin olunması məqsədilə güclü ordu quruculuğu işinin davam etdirilməsi Yeni Azərbaycan Partiyasının da fəaliyyətinin prioritet istiqamətlərindən biridir".

Zolağından çıxan avtobus sürücüləri əslində 40 manat cərimələnməlidir  QAYDA like
  • 21 Noy 11:00  
Digərləri Zolağından çıxan avtobus sürücüləri əslində 40 manat cərimələnməlidir QAYDA

Yollarda çəkilən avtobus zolaqları ictimaiyyət arasında ən çox müzakir�

arrow Ətraflı
Azərbaycana gətirilən çeddar pendirində zərərli bakteriya aşkarlandı  FOTO like
  • 21 Noy 10:50  
Digərləri Azərbaycana gətirilən çeddar pendirində zərərli bakteriya aşkarlandı FOTO

İdxal olunan pendir məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb.

arrow Ətraflı
Ermənistan nümayəndə heyəti Bakıdadır like
  • 21 Noy 10:48  
Siyasət Ermənistan nümayəndə heyəti Bakıdadır

2025-ci ilin 21 noyabr tarixində Ermənistanın vətəndaş cəmiyyəti nümay�

arrow Ətraflı
Torpaq sürüşməsi oldu  Xeyli sayda ölən və itkin düşən var like
  • 21 Noy 10:44  
Dünya Torpaq sürüşməsi oldu Xeyli sayda ölən və itkin düşən var

İndoneziyanın Yava adasında şiddətli yağışların yaratdığı torpaq sü

arrow Ətraflı
İlham Əliyev: Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır like
  • 21 Noy 10:38  
Siyasət İlham Əliyev: Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər

arrow Ətraflı
“Yeganə” şadlıq sarayı yüksək məbləğdə borca düşdü like
  • 21 Noy 10:36  
Digərləri “Yeganə” şadlıq sarayı yüksək məbləğdə borca düşdü

"Yeganə" şadlıq sarayının dövlət qarşısında vergi borcunun y

arrow Ətraflı
"Qarabağ"ın formaları narazılığa səbəb oldu like
  • 21 Noy 10:25  
Digərləri "Qarabağ"ın formaları narazılığa səbəb oldu

"Qarabağ" FK-nın formalarının qiyməti valideynlərin narazılığ

arrow Ətraflı
Prezident İƏT D8 media forumunun iştirakçılarına müraciət ünvanladı like
  • 21 Noy 10:23  
Siyasət Prezident İƏT D8 media forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "Dialoqun, əməkdaşlığın və regional həmrə

arrow Ətraflı
Qəzada ölən əmioğlular həkimə gedirmişlər...  FOTO like
  • 21 Noy 10:22  
Digərləri Qəzada ölən əmioğlular həkimə gedirmişlər... FOTO

Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasın�

arrow Ətraflı
Bakıda D8 Media Forumu keçirilir  FOTO like
  • 21 Noy 10:17  
Digərləri Bakıda D8 Media Forumu keçirilir FOTO

Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sa

arrow Ətraflı
İranın paytaxtı Tehrandan köçür?  Pezeşkian açıqladı like
  • 21 Noy 09:31  
Dünya İranın paytaxtı Tehrandan köçür? Pezeşkian açıqladı

İran prezidenti Məsud Pezeşkiyan paytaxt Tehranın köçürülməsi ideyasın

arrow Ətraflı