Niyazinin xatirəsinə həsr olunmuş konsert baş tutdu FOTO


Kriminal 05 Okt 2017 16:31:00 426 0

Niyazinin xatirəsinə həsr olunmuş konsert baş tutdu  FOTO

4 oktyabr Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət kanalının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli dirijor, musiqi ictimai xadim,  maestro Niyazinin əziz xatirəsinə həsr olunmuş "Həyat musiqidir" adlı konsert proqramı baş tutub. Konsertdə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin müşayiətilə əməkdar artist Gülnaz İsmayılovanın ifasında həm Qərbi Avropa,  həm də Azərbaycan bəstəkarlarının əsərləri səslənib.

Son.az xəbər verir ki, gecədə Azərbaycan musiqi ictimaiyyətinin görkəmli nümayəndələri də  - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, əməkdar incəsənət xadimi Telman Hacıyev, xalq artisti Yusif Axundzadə və başqaları iştirak etmişdir.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Son.az, Azernews.az


Xəbərə aid fotolar