Qızartma dadında Gül kələminin ən dadlı hazırlanma üsulu


Digərləri 21 Noy 2025 08:41:00 39 0

Qızartma dadında  Gül kələminin ən dadlı hazırlanma üsulu

Qış aylarında çoxlarının tərəvəzlər arasında arxa plana atdığı gül kələmi əsasən ya qızardıldığı üçün yağ çəkir, ya da qaynandıqda ağır qoxu yaydığı üçün sevilmir. Lakin məşhur aşpazların tez-tez tövsiyə etdiyi xüsusi bişirmə üsulu gül kələmini həm yüngül, həm də təəccübləndirəcək dərəcədə doyumlu bir yeməyə çevirir. 

Son.az xəbər verir ki, bu reseptdə gül kələmi nə qızardılır, nə də qaynar suda qaynadılır. Əksinə, tərəvəzlər öz təbii suyu ilə yavaş-yavaş bişirildiyi üçün həm forması gözəl qalır, həm də çəngəl toxunduqda asanlıqla dağılan yumşaqlıq əldə edilir. Sağlam qidalanmağa diqqət edənlər üçün də ideal seçimdir.

Tərkibi

1 kq gül kələmi

2 ədəd orta ölçülü qırmızı bibər

1 ədəd orta boy pomidor

1 xörək qaşığı tomat pastası

1 orta boy soğan

3 ədəd yaşıl bibər

Yarım fincan duru yağ

6 diş sarımsaq

Hazırlanma qaydası Gül kələmini təmizləyərək iri çiçəklərə bölün. Geniş qaba qoyub üzərinə soyuq su əlavə edin və 30 dəqiqə gözlədin.

Soğanı incə doğrayın.

İstəsəniz, soğan ölçüsündə doğranmış yerkökü də əlavə edə bilərsiniz.

Bibərləri dilimləyin.

Pomidorun qabığını soyub xırda doğrayın.

Sarımsaqların yarısını xırda doğrayın, yarısı daha sonra istifadə ediləcək.

Geniş qazanı ocağa qoyun, duru yağı əlavə edin.

Yağ qızmadan soğanı, yerkökünü və bibərləri əlavə edin. Orta odda, qapağı bağlı şəkildə yumşalanadək qovurun. Rəngləri dəyişməyə başlayanda az miqdarda qiymə əlavə edin və tam açılana qədər qarışdırın.Təxminən 5 dəqiqə daha qovurun.

Qovrulmuş tərəvəzlərə tomat pastasını əlavə edib qarışdırın. Ardınca pomidorları əlavə edin. Qapağı bağlayıb bir neçə dəqiqə pomidorun suyunu buraxmasını gözləyin. Sonra iki stəkan soyuq su əlavə edin. Su gül kələminin üzərini tam örtməməlidir.

Qazan qaynamağa başlayanda gül kələmi çiçəklərini əlavə edin. Orta odda, qapağı bağlı şəkildə təxminən 20 dəqiqə bişirin. Sap hissəsi yüngülcə yumşalmağa başlayanda istədiyiniz ədviyyatları əlavə edə bilərsiniz.

Ocağı söndürdükdən sonra qazanı 5 dəqiqə qapaqlı halda dincəldin.

Daha sonra servis edə bilərsiniz. Lalə Qüdrətova Son.az

Burun əməliyyatından sonra ağıl itə bilər?  Psixiatr danışdı like
  • 21 Noy 08:08  
Digərləri Burun əməliyyatından sonra ağıl itə bilər? Psixiatr danışdı

Ötən günlərdə gənc qızın burun əməliyyatından sonra depressiyaya qap�

arrow Ətraflı
Bu makaron resepti ilə 100 yaşına qədər yaşayırlar like
  • 21 Noy 07:35  
Digərləri Bu makaron resepti ilə 100 yaşına qədər yaşayırlar

Dünyanın ən uzunömürlü cəmiyyətlərindən ilhamlanaraq hazırlanan xüsu

arrow Ətraflı
Yataq otağının qapısına dəfnə yarpağı asın – baş verənlərə inanmayacaqsınız like
  • 21 Noy 07:07  
Digərləri Yataq otağının qapısına dəfnə yarpağı asın – baş verənlərə inanmayacaqsınız

Evlərdə tez-tez istifadə olunan aromatik bitkilərdən biri olan dəfnə, əs

arrow Ətraflı
Mətbəx süngərlərinin niyə fərqli rəngdə olduğunu bilirsiniz? like
  • 21 Noy 06:06  
Digərləri Mətbəx süngərlərinin niyə fərqli rəngdə olduğunu bilirsiniz?

Süngərlərin rəngi onların hansı səthlər üçün istifadə edilməli oldu

arrow Ətraflı
Kartof qızartması yemək qalıcı fəsadlara yol açır like
  • 21 Noy 05:05  
Digərləri Kartof qızartması yemək qalıcı fəsadlara yol açır

Unutqanlıq son illərdə nəinki yaşlı insanlarda, hətta gənclərdə də ge

arrow Ətraflı
Bu siqnallar infarkt əlamətidir: Həkimə gedin! like
  • 21 Noy 04:04  
Digərləri Bu siqnallar infarkt əlamətidir: Həkimə gedin!

Ürək-damar xəstəlikləri dünyada ən çox görülən ölüm səbəblərind�

arrow Ətraflı
İnternetdən yemək sifariş etməyin  SƏBƏB like
  • 21 Noy 03:03  
Digərləri İnternetdən yemək sifariş etməyin SƏBƏB

Son zamanlar sosial şəbəkələrdə satılan müxtəlif "diyetik hazır q

arrow Ətraflı
İki vitaminin istifadəsində diqqət  Ekspertlər xəbərdarlıq edir like
  • 21 Noy 02:02  
Digərləri İki vitaminin istifadəsində diqqət Ekspertlər xəbərdarlıq edir

Vitamin və qida əlavələri bazarı sürətlə böyüsə də, mütəxəssislə

arrow Ətraflı
İki azyaşlı uşaq anası "ölüm kağızı"na görə sosial müavinət ala bilmir like
  • 21 Noy 01:06  
Digərləri İki azyaşlı uşaq anası "ölüm kağızı"na görə sosial müavinət ala bilmir

Abşeronun Xırdalan şəhərində yaşayan, iki azyaşlı uşağın anası Rəv

arrow Ətraflı
Bu müddətdə insanlar daha tez qocalır – iki əsas yaş dövrü like
  • 21 Noy 01:01  
Digərləri Bu müddətdə insanlar daha tez qocalır – iki əsas yaş dövrü

Mütəxəssislər insan orqanizmində qocalma prosesinin bütün yaşlarda eyni

arrow Ətraflı
Yeni ilə qədər serialdan ayrılacaq like
  • 21 Noy 00:43  
Şou-biznes Yeni ilə qədər serialdan ayrılacaq

Baş rollarını Sinem Ünsalla Ozan Akbabanın paylaşdığı "Uzak şehir

arrow Ətraflı
Çindən gətirilən avtomobillərin daşıma xərcləri 100 faizə qədər bahalaşdı like
  • 21 Noy 00:36  
Digərləri Çindən gətirilən avtomobillərin daşıma xərcləri 100 faizə qədər bahalaşdı

Çindən gətirilən avtomobillərin daşınma qiymətlərində son bir neçə h

arrow Ətraflı
Toy, yas, sosial media... like
  • 21 Noy 00:33  
Şou-biznes Toy, yas, sosial media...

Rəqsanə İsmayılovanın barəsində seçilmiş həbs qətimkan tədbiri ev du

arrow Ətraflı
Onlar mənim üçün müəllim deyil like
  • 21 Noy 00:25  
Digərləri Onlar mənim üçün müəllim deyil

Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o, mənim üçü

arrow Ətraflı