Burun əməliyyatından sonra ağıl itə bilər? Psixiatr danışdı


Digərləri 21 Noy 2025 08:08:00 60 0

Burun əməliyyatından sonra ağıl itə bilər?  Psixiatr danışdı

Ötən günlərdə gənc qızın burun əməliyyatından sonra depressiyaya qapıldığı, hallüsinasiyalar gördüyü, evdən çıxmadığı və sonda da eyvandan yıxılaraq ölməsi ilə bağlı xəbərlər yayıldı. Bundan öncə başqa qadında da əməliyyatdan sonra psixikanın zədələnməsi halı yaşanmışdı.

El arasında "ağlını itirmək" kimi adlanan hala səbəb həqiqətən estetik əməliyyatdırmı? Nəyə görə əməliyyatdan sonra, hətta aylar keçsə belə, bəzilərində psixi problemlər yaranır?

Son.az xəbər verir ki, psixiatr, uzman doktor Azər Bağırov Lent.az-a açıqlamasında bildirib ki, əməliyyatdan sonra psixoz vəziyyəti, yəni ağlını itirmək halı 100-200 insandan birində yarana bilir:

"Estetik-plastik əməliyyatlarda anatomik olaraq birbaşa beyinə təsir edən vəziyyət yoxdur, amma məhz əməliyyatdan sonra insanın psixoloji stress yaşaması mümkündür. Bu halla tez-tez qarşılaşırıq.

Burun üzün tam mərkəzində olan orqan olduğu üçün insanlar əməliyyatdan sonra öz görüntülərində kəskin dəyişikliklə qarşılaşırlar. Düzdür, bəzən həkimlər öncədən həmin dəyişimi pasiyentlərə göstərirlər, amma buna baxmayaraq, gözləri ilə reallığı gördükdə, sanki özlərini tanımırlarmış kimi bir hissə qapılırlar. Bəzən əməliyyatın nəticəsi gözləntiləri qarşılamadığı üçün emosional stress də, keçirirlər. Bu stresslərin nəticəsində ən çox depressiya və anksiyetə deyilən halla rastlaşırıq. İnsanlarda təşviş yaranır: bundan sonra "özümü bəyənməyəcəm", "sonum necə olacaq?" və s. düşünürlər. Seanslarda nəfəs ala bilmirəm, burnum tıxanıb, sanki içində nə isə qalıb halları olan pasiyentləri daha çoxmüşahidə edirəm.

Ağıl sağlığının itirilməsi deyilən vəziyyət psixiatriyada psixoz vəziyyət adlanır. Bu da reallığı dəyərləndirmə qabiliyyətinin pozulmasıdır. Olmayan şeylərdən şübhələnmə, sayıqlama şəklində hallarla müşahidə olunur. Onlara ətrafdan hər şeyi məntiqli formada izah etsələr də, yenə də öz "həqiqət"lərindən qopmurlar. Əməliyyatdan sonra psixoz vəziyyəti nadir hallarda görürəm, nəinki depressiya və anksiyetəni. Psixoz 100 yaxud 200 nəfərdən birində müşahidə olunur.

Kimlər risk altındadır?

Əvvəldən psixoloji problemi olan insanlar, müxtəlif şəxsiyyət tipləri, o cümlədən borderline, narsistik, obsessiv-kompulsiv pozuntuları olan şəxslərin psixologiyaları emosional stresslərə daha həssasdır. Ona görə də, həmin insanlar bu cür əməliyyatlardan sonra sözügedən vəziyyəti yaşaya bilərlər və onlarda əhval-ruhiyyə oynaqlığı, təşviş halları çoxala bilər.

Depressiyaya səbəb olan digər faktorlar

Əməliyyatlarda anesteziyanın (narkoz) tərkibindəki müəyyən dərmanlar insan psixologiyasına təsir edə bilir. Həmçinin əməliyyatdan sonra verilən kortikusteroid, opioid qrupuna daxil olan dərmanlar insan psixologiyasına təsir edib keçici olaraq ruhi sağlamlığın pozulmasına səbəb ola bilər".

Həkim qeyd edib ki, digər ölkələrdə əməliyyatdan sonra psixi problem yaşaya biləcək şəxsləri cərrahlar qəbul etmirlər:

"Dünya praktikasında estetik əməliyyatlardan (bədənşəkilləndirmə, burun, sinə böyütmə-kiçiltmə, cinsiyyət dəyişdirmə və s.) öncə xəstə mütləq psixiatr tərəfindən dəyərləndirilir. Xəstələrdə bədən dismorfit deyilən vəziyyətin olub-olmamasına baxılır. Bəzi insanlar bədənlərindəki xırda qüsurları gözlərində çox böyüdərək, davamlı əllərində güzgü ilə bütün diqqətlərini ortaya verirlər. Çalışırlar ki, həmin qüsurları düzəltsinlər. Bu səbəbdən davamlı estetik əməliyyatlara müraciət edirlər, lakin nəticədən razı qalmırlar. Çünki onların beynində kiçik qüsurları böyütmə vəziyyəti olduğu üçün heç bir əməliyyatla rahatlığa qovuşa bilməyəcəklər. Belə insanlarda əməliyyata icazə verilmir. Psixiatr rəyində bu diaqnoz yazıldıqda, cərrah əməliyyat öhdəliyi götürməməyə üstünlük verir, çünki həmin şəxsin gələcəkdə psixoloji problem yaşama ehtimalı daha yüksəkdir.

Təəssüf ki, bu prosedur Azərbaycanda aparılmır, ona görə də, bir çox estetik əməliyyatdan sonra problemlər yaşanır". Son.az 

Bu makaron resepti ilə 100 yaşına qədər yaşayırlar like
  • 21 Noy 07:35  
Digərləri Bu makaron resepti ilə 100 yaşına qədər yaşayırlar

Dünyanın ən uzunömürlü cəmiyyətlərindən ilhamlanaraq hazırlanan xüsu

arrow Ətraflı
Yataq otağının qapısına dəfnə yarpağı asın – baş verənlərə inanmayacaqsınız like
  • 21 Noy 07:07  
Digərləri Yataq otağının qapısına dəfnə yarpağı asın – baş verənlərə inanmayacaqsınız

Evlərdə tez-tez istifadə olunan aromatik bitkilərdən biri olan dəfnə, əs

arrow Ətraflı
Mətbəx süngərlərinin niyə fərqli rəngdə olduğunu bilirsiniz? like
  • 21 Noy 06:06  
Digərləri Mətbəx süngərlərinin niyə fərqli rəngdə olduğunu bilirsiniz?

Süngərlərin rəngi onların hansı səthlər üçün istifadə edilməli oldu

arrow Ətraflı
Kartof qızartması yemək qalıcı fəsadlara yol açır like
  • 21 Noy 05:05  
Digərləri Kartof qızartması yemək qalıcı fəsadlara yol açır

Unutqanlıq son illərdə nəinki yaşlı insanlarda, hətta gənclərdə də ge

arrow Ətraflı
Bu siqnallar infarkt əlamətidir: Həkimə gedin! like
  • 21 Noy 04:04  
Digərləri Bu siqnallar infarkt əlamətidir: Həkimə gedin!

Ürək-damar xəstəlikləri dünyada ən çox görülən ölüm səbəblərind�

arrow Ətraflı
İnternetdən yemək sifariş etməyin  SƏBƏB like
  • 21 Noy 03:03  
Digərləri İnternetdən yemək sifariş etməyin SƏBƏB

Son zamanlar sosial şəbəkələrdə satılan müxtəlif "diyetik hazır q

arrow Ətraflı
İki vitaminin istifadəsində diqqət  Ekspertlər xəbərdarlıq edir like
  • 21 Noy 02:02  
Digərləri İki vitaminin istifadəsində diqqət Ekspertlər xəbərdarlıq edir

Vitamin və qida əlavələri bazarı sürətlə böyüsə də, mütəxəssislə

arrow Ətraflı
İki azyaşlı uşaq anası "ölüm kağızı"na görə sosial müavinət ala bilmir like
  • 21 Noy 01:06  
Digərləri İki azyaşlı uşaq anası "ölüm kağızı"na görə sosial müavinət ala bilmir

Abşeronun Xırdalan şəhərində yaşayan, iki azyaşlı uşağın anası Rəv

arrow Ətraflı
Bu müddətdə insanlar daha tez qocalır – iki əsas yaş dövrü like
  • 21 Noy 01:01  
Digərləri Bu müddətdə insanlar daha tez qocalır – iki əsas yaş dövrü

Mütəxəssislər insan orqanizmində qocalma prosesinin bütün yaşlarda eyni

arrow Ətraflı
Yeni ilə qədər serialdan ayrılacaq like
  • 21 Noy 00:43  
Şou-biznes Yeni ilə qədər serialdan ayrılacaq

Baş rollarını Sinem Ünsalla Ozan Akbabanın paylaşdığı "Uzak şehir

arrow Ətraflı
Çindən gətirilən avtomobillərin daşıma xərcləri 100 faizə qədər bahalaşdı like
  • 21 Noy 00:36  
Digərləri Çindən gətirilən avtomobillərin daşıma xərcləri 100 faizə qədər bahalaşdı

Çindən gətirilən avtomobillərin daşınma qiymətlərində son bir neçə h

arrow Ətraflı
Toy, yas, sosial media... like
  • 21 Noy 00:33  
Şou-biznes Toy, yas, sosial media...

Rəqsanə İsmayılovanın barəsində seçilmiş həbs qətimkan tədbiri ev du

arrow Ətraflı
Onlar mənim üçün müəllim deyil like
  • 21 Noy 00:25  
Digərləri Onlar mənim üçün müəllim deyil

Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o, mənim üçü

arrow Ətraflı
COP30un keçirildiyi ərazidə yanğın baş verib like
  • 21 Noy 00:24  
Dünya COP30un keçirildiyi ərazidə yanğın baş verib

Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üz

arrow Ətraflı