Böcek ailəsi nədən zəhərlənib?


Digərləri 18 Noy 2025 21:33:00 59 0

Böcek ailəsi nədən zəhərlənib?

Fatihdə 4 nəfərlik Böcək ailəsinin zəhərlənərək həyatını itirdiyi hadisə ilə bağlı Adli Tibb İnstitutunun ilk hesabatı açıqlanıb. İlkin rəyə əsasən, ailə oteldə kimyəvi maddədən zəhərlənə bilər. Ailənin qida zəhərlənməsindən ölməsi ehtimalı isə daha aşağı qiymətləndirilib. Tam rəyin 28 noyabrda açıqlanacağı bildirilib.

Son.az xəbər verir ki, Almaniyadan İstanbula gələn Böcək ailəsinin qaldığı otel otağında havalandırma sistemi olmayıb və onların otağının alt qatındakı otaq hadisədən bir gün öncə dərmanlanıb.

Təxminən bir həftə əvvəl Almaniyadan İstanbula tətil üçün gələn Servet və Çiğdem Böcək cütlüyü, həmçinin onların 6 yaşlı oğlu Kadir və 3 yaşlı qızları Masal həyatını itirib. Eyni oteldə qalan Ayoub Hamraoui, Reda Fakhri və yenə Ayoub Hamraoui olmaqla 3 nəfər də vəziyyəti pisləşdiyi üçün xəstəxanaya aparılıb.

Hadisə öncə qida zəhərlənməsi kimi dəyərləndirilsə də, otelin dərmanlandığının ortaya çıxması məsələni fərqli istiqamətə yönəldib.

Ailənin Ortaköydə yemək yediyi kafenin sahibi, midyə satıcısı, kokoreç satıcısı və lokum satıcısı ilə yanaşı otel işçiləri və dərmanlama şirkətinin əməkdaşları daxil olmaqla 11 nəfər saxlanılıb. Onlardan dördü - kafe sahibi, midyə satıcısı, kokoreç satıcısı və lokum satıcısı - məhkəmənin qərarı ilə həbs edilib.

Tibb İnstitutunun açıqlamasında bildirilir ki, hadisənin gedişi, tibbi məlumatlar və eyni oteldə qalan başqa iki nəfərin də oxşar şikayətlə xəstəxanada olması nəzərə alınaraq, aşağıdakı nəticə əldə olunub:

Birinci ehtimal: Oteldəki mühitdən qaynaqlanan kimyəvi maddə ilə zəhərlənmə.

Daha aşağı ehtimal: Qida zəhərlənməsi.

10-11 noyabr tarixlərində ailə midyə, pide, tantuni, kokoreç və lokum kimi müxtəlif qidalar yeyib.

12 noyabr səhəri onların hamısında ürəkbulanma və qusma başlayıb.

Xəstəxanaya getsələr də ilkin müalicədən sonra otelə qayıdıblar.

13 noyabr səhərə yaxın vəziyyətləri yenidən ağırlaşıb və xəstəxanaya aparılsalar da iki uşaq həyatını itirib. Ana Çiğdem Böcək də daha sonra vəfat edib.

Otel 11 noyabrda həşəratlara qarşı dərmanlanıb.

Ailənin qaldığı 201-ci otaq, dərmanlanan 101-ci otağın düz üstündə yerləşib.

201-ci otaqda havalandırma sistemi olmayıb.

15 noyabrda eyni oteldə qalan iki əcnəbi turist də oxşar şikayətlərlə xəstəxanaya yerləşdirilib.

Aparılan otopsiyada uşaqların ölümünə səbəb ola biləcək travmatik hər hansı əlamət aşkarlanmayıb.

Mədədə qismən qanama və qızartı görüldüyü qeyd olunub.

Ananın mədəsində nöqtəvi xoralar və geniş qanama olduğu bildirilib.

Adli Tibb İnstitutunun son nəticəni laborator analizlər başa çatdıqdan sonra, 28 noyabr 2025-də təqdim edəcəyi bildirilib. Lalə Qüdrətova Son.az


Xəbərə aid fotolar

Ailənin son anları  görüntülərdən çox şey məlum olur like
  • 18 Noy 21:03  
Digərləri Ailənin son anları görüntülərdən çox şey məlum olur

Almaniyadan tətil üçün gəldikləri İstanbulda zəhərlənmə şübhəsi il

arrow Ətraflı
Əli Əsədov qərar imzaladı like
  • 18 Noy 20:50  
Digərləri Əli Əsədov qərar imzaladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliy

arrow Ətraflı
Canını qurtarmaq istədi, digər avtomobilin altında qalıb öldü like
  • 18 Noy 20:46  
Digərləri Canını qurtarmaq istədi, digər avtomobilin altında qalıb öldü

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Qaranlıqda telefona baxanlara xəbərdarlıq  Bu hormonun ifrazı zəifləyir like
  • 18 Noy 20:35  
Digərləri Qaranlıqda telefona baxanlara xəbərdarlıq Bu hormonun ifrazı zəifləyir

Axşam saatlarında serial izləmək, sosial şəbəkələrdə vaxt keçirmək v

arrow Ətraflı
Bu ərazilərdə qaz kəsiləcək like
  • 18 Noy 20:21  
Digərləri Bu ərazilərdə qaz kəsiləcək

Binəqədi və Səbail rayonlarının bəzi ərazilərinin qaz təchizatı müv�

arrow Ətraflı
Qan laxtalanması problemi genetik imiş like
  • 18 Noy 20:00  
Digərləri Qan laxtalanması problemi genetik imiş

Qan laxtalanması problemi genetik imiş.

arrow Ətraflı
Azərbaycanda eyni vaxtda xeyli avtobus yandı like
  • 18 Noy 19:52  
Digərləri Azərbaycanda eyni vaxtda xeyli avtobus yandı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşer

arrow Ətraflı
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib like
  • 18 Noy 19:49  
Siyasət Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

arrow Ətraflı
Ağbənd–Kəlalə körpüsü mühüm qovşaq və kəsişmə nöqtəsidir  Hikmət Hacıyev like
  • 18 Noy 19:43  
Siyasət Ağbənd–Kəlalə körpüsü mühüm qovşaq və kəsişmə nöqtəsidir Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici

arrow Ətraflı
Məşhur meyxanaçı sevgilisini bıçaqlayıb?  açıqlama like
  • 18 Noy 19:39  
Şou-biznes Məşhur meyxanaçı sevgilisini bıçaqlayıb? açıqlama

Hazırda Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədim sevgilisini bı�

arrow Ətraflı
Əlaqələndirmə Qərargahının üzvləri Ağalıda like
  • 18 Noy 19:29  
Siyasət Əlaqələndirmə Qərargahının üzvləri Ağalıda

Xəbər veridiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Administrasiy

arrow Ətraflı
"Azparking" proqramında problem yarandı  Onlayn ödəniş etmək olmur like
  • 18 Noy 19:27  
Digərləri "Azparking" proqramında problem yarandı Onlayn ödəniş etmək olmur

"Azparking"in proqramında problem yaranıb. Son.az xəbər verir k

arrow Ətraflı
Sabah su kəsiləcək  Bu ərazilərdə like
  • 18 Noy 19:19  
Digərləri Sabah su kəsiləcək Bu ərazilərdə

Sabah Sumqayıt şəhərində 30 min abonentin suyu kəsiləcək.

arrow Ətraflı
Naxçıvan Dövlət Uşaq Filarmoniyası Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qonağı olub  FOTO like
  • 18 Noy 19:12  
Kriminal Naxçıvan Dövlət Uşaq Filarmoniyası Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qonağı olub FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikas

arrow Ətraflı