Naxçıvan Dövlət Uşaq Filarmoniyası Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qonağı olub FOTO


Kriminal 18 Noy 2025 19:12:00 57 0

Naxçıvan Dövlət Uşaq Filarmoniyası Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qonağı olub  FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının dəstəyi ilə dostluq konserti baş tutub. Konsertin açılışında pianoçu, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadə səhnəyə çıxaraq qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb və hər iki filarmoniya arasında yaradıcı əməkdaşlığın vacibliyini vurğulayıb. Ardınca Naxçıvan Dövlət Uşaq Filarmoniyasının direktoru Yaqut Quliyeva səhnəyə dəvət olunaraq bu tədbirin həm mədəni, həm də maarifləndirici dəyərinə toxunub, təşkilatçılara və ev sahibinə təşəkkürünü bildirib. O, NDUF-nın yaranmasından, fəaliyyətindən, yetirmələrndən söz açıb. Qeyd edək ki, NDUF 2010-cu ildən fəaliyyət göstərir.  Konsertdə Naxçıvan Dövlət Uşaq Filarmoniyası və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının yaradıcı kollektivləri bir-birindən maraqlı və rəngarəng musiqi proqramları təqdim ediblər. Ölkədə yalnız Bakı və Naxçıvanda fəaliyyət göstərən Uşaq Filarmoniyaları ilk dəfə olaraq birgə konsert proqramı ilə çıxış ediblər. Konsertin əsas məqsədi müəssisələr arasında qarşılıqlı yaradıcı əlaqə qurmaq, birgə layihələrin inkişafına şərait yaratmaq və gənc istedadların potensialını daha geniş auditoriyaya təqdim etməkdir. Proqram çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Rəqs Ansamblı (bədii rəhbər Quliyev Məhəmməd), vokal sinfi - solist Əlizadə Leyla (müəllim Aslanova Leyla), eləcə də Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupu (baletmeyster Bağırova Nurdan) və solistlər - Vəliyev Namiq, Hüseynov Məcid, Əkbərov Elxan, Hüseynquliyeva Məryəm, Əkbərov Yusif, Seyidova Rəbiyyə, Orucova Yağmur, Qulusoy Bilal çıxış ediblər. Tədbirin sonunda Naxçıvan Dövlət Uşaq Filarmoniyasının direktoru Yaqut Quliyeva yenidən səhnəyə çıxaraq hər iki qurumun kollektivinə, iştirakçılara və qonaqlara təşəkkürünü bildirib. O, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadəni və filarmoniyanın direktor müavini Muradzadə Leylanı səhnəyə dəvət edərək göstərdikləri dəstəyə görə onlara xüsusi minnətdarlığını çatdırıb və hər ikisinə hədiyyələr təqdim edib. Daha sonra qonaqlar Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sektor müdürü Lətifov Məhərrəm, Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynova və Sərxan Bünyadzadə səhnəyə dəvət olunaraq öz ürək sözlərini bölüşüblər. Konsert isə onların birlikdə "Yaşa Azərbaycan" mahnısını səsləndirməsi ilə möhtəşəm şəkildə tamamlanıb.  Bu konsert iki qurum arasında yeni yaradıcı əməkdaşlıq körpüsünün qurulmasına, həmçinin uşaqların səhnə təcrübəsinin və yaradıcılıq imkanlarının daha da zənginləşməsinə töhfə verib.   İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az

Cloudflare: Texniki nasazlıq aradan qaldırılıb like
  • 18 Noy 19:08  
Digərləri Cloudflare: Texniki nasazlıq aradan qaldırılıb

Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara gir

arrow Ətraflı
Qaraciyər yağlanıbsa ölüm riski 35 dəfə artır like
  • 18 Noy 19:00  
Digərləri Qaraciyər yağlanıbsa ölüm riski 35 dəfə artır

Qaraciyərin yağlanması xərçəngdən ölüm riskini 35 dəfə artırır.

arrow Ətraflı
Dənizdən 109 il əvvəl iki əsgərin yazıb butulkaya qoyduğu məktub TAPILDI – like
  • 18 Noy 17:30  
Digərləri Dənizdən 109 il əvvəl iki əsgərin yazıb butulkaya qoyduğu məktub TAPILDI –

Avstraliya sahillərində tapılan şüşə butulkadan I Dünya Müharibəsində

arrow Ətraflı
Cəlilabadın bu kəndlərində işıq yoxdur like
  • 18 Noy 15:10  
Digərləri Cəlilabadın bu kəndlərində işıq yoxdur

Bu gün Cəlilabad rayonunun bir neçə kəndində işıq olmayacaq.

arrow Ətraflı
Tiktokda söyüş söydüyünə görə 70 manat cərimələndi like
  • 18 Noy 15:05  
Digərləri Tiktokda söyüş söydüyünə görə 70 manat cərimələndi

"TikTok"da canlı yayımda nalayiq ifadələr işlədən kişi cəzala

arrow Ətraflı
Əlaqələndirmə Qərargahının üzvləri Zəngilanda görülən işlərlə tanış olublar  FOTO like
  • 18 Noy 15:01  
Digərləri Əlaqələndirmə Qərargahının üzvləri Zəngilanda görülən işlərlə tanış olublar FOTO

Zəngilana səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvləri

arrow Ətraflı
Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunan iclas keçirilib  FOTO like
  • 18 Noy 14:56  
Digərləri Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunan iclas keçirilib FOTO

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının və Azərbaycan R

arrow Ətraflı
77 yaşlı model görənləri təəccübləndirdi  30 sevgilisi olub like
  • 18 Noy 14:27  
Şou-biznes 77 yaşlı model görənləri təəccübləndirdi 30 sevgilisi olub

77 yaşlı model Kollin Haydmann sosial mediada izləyiciləri heyran edir.

arrow Ətraflı
Elmixan Kərimov Polşada tutuldu like
  • 18 Noy 14:02  
Kriminal Elmixan Kərimov Polşada tutuldu

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Polşa ərazisində saxla

arrow Ətraflı
Qohum evliliyinə qadağa varsa, bəs cəza niyə yoxdur? like
  • 18 Noy 14:00  
Digərləri Qohum evliliyinə qadağa varsa, bəs cəza niyə yoxdur?

2025-ci il iyulun 1-dən Azərbaycanda qohum evlilikləri qadağan edilib.

arrow Ətraflı
"Roza ilə evlənəcəkdim, alınmadı" like
  • 18 Noy 13:43  
Şou-biznes "Roza ilə evlənəcəkdim, alınmadı"

Müğənni Əkbər Əliyev həmkarı Roza Zərgərli ilə reallaşmayan münasib

arrow Ətraflı
Hacıqabul gölü quruyub, yoxsa qurudulub? Ekoloqdan açıqlama like
  • 18 Noy 13:42  
Digərləri Hacıqabul gölü quruyub, yoxsa qurudulub? Ekoloqdan açıqlama

Azərbaycanın ən böyük göllərindən biri Hacıqabul gölünün qurumasın�

arrow Ətraflı
Aşıq Yadigarla vida mərasimi ləğv edildi like
  • 18 Noy 13:40  
Kriminal Aşıq Yadigarla vida mərasimi ləğv edildi

Əməkdar artist Yadigar Muradov ilə Şuşa Dövlət Musiqili Dram Teatrında k

arrow Ətraflı
BMT Fələstinlə bağlı qərar verdi like
  • 18 Noy 13:30  
Dünya BMT Fələstinlə bağlı qərar verdi

BMT Təhlükəsizlik Şurası Qəzzada Beynəlxalq Sabitlik Qüvvələrinin yerl

arrow Ətraflı
Yasamalda 15 yaşı oğlan qız üstündə like
  • 18 Noy 13:27  
Kriminal Yasamalda 15 yaşı oğlan qız üstündə

Yasamal rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni detallar üzə

arrow Ətraflı