Gülnarə Xəlilovanın kolleksiyaları Rumıniya Parlament Sarayında təqdim olunub dizayner nüfuzlu mükafata layiq görülüb FOTO
Şou-biznes 03 Noy 2025 16:45:00 84 0
Gülnarə Xəlilovanın "Miniatürlər" və "Şəbəkə" adlı kolleksiyaları Rumıniya Parlament Sarayında nümayiş etdirilib. Tədbir Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının 30 illik yubileyinə, Türkiyə Respublikasının 102-ci ildönümünə və Türkiyə ilə Rumıniya arasında diplomatik əlaqələrin 147 illiyinə həsr olunmuş bayram mərasimləri çərçivəsində keçirilib. Tədbir GAP Jurnalistlər Birliyi və Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatası tərəfindən təşkil olunub.
Bu xəbəri də oxu: "Bacım qızına cavabdeh deyiləm"
Təntənəli mərasimdə hər iki ölkənin tanınmış dövlət və ictimai xadimləri, diplomatik korpusun nümayəndələri, mədəniyyət, elm və biznes sahəsinin görkəmli şəxsləri iştirak ediblər.
"Bayram gecəsi qarşılıqlı hörmət və dostluq ruhunda keçdi, Türkiyə və Rumıniya xalqları arasında inkişaf edən əlaqələri, həmçinin iki ölkə arasında mədəni və iqtisadi əməkdaşlığın əhəmiyyətini vurğuladı. Gecədə sənətçilərin iştirakı ilə qala proqram, türk və rumın folklor çıxışları, moda nümayişi və ənənəvi türk mətbəxindən seçmələr təqdim olundu. Mənim üçün böyük şərəf idi ki, Azərbaycanı təmsil edərək milli geyim ənənələrimizi nümayiş etdirdim", - deyə Gülnarə Xəlilova bildirib.
Dizayner ölkələr arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfəyə görə nüfuzlu GAP Oskarları mükafata layiq görülüb.
Növbəti il Azərbaycanda Aİ-95 markalı avtomobil benzini istehsalı planlaş
Xəbər verdiyimiz kimi, ötən gecə paytaxtın Səbail rayonu ərazisində tan
Ramiz Mehdiyev işinə görə dövlət çevrilişinə cəhddə iştirak ittiham�
Böyüməkdə olan gəncliyin vətənə məhəbbət hissinin formalaşmasına xi
Yevlax rayonunun Salahlı kəndində yerləşən Bəylər Əiyev adına tam orta
Unibank Azərbaycan xalqını 8 Noyabr - Zəfər Gününün 5 illiyi münasibət
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ R
31.10.2025 tarixində Park Cinemanın Flame Towers filialında sevilən seriyan�
Sahibkar tanışlarına internet platforması vasitəsilə əlavə gəlir vədi
Bu gün Bakının Xətai rayonunda yerləşən 147 saylı məktəb-liseydə mü�
2025-ci ilin noyabr ayı dəyişiklik, motivasiya və yüksəliş enerjisi ilə
Serbiya silahlı qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç
Abşeronda Özbəkistan vətəndaşının ölümündə təqsirləndirilən qadı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı i
