Xaçmazda ailə faciəsi: 17 yaşlı yeniyetmə anasını öldürdü
Kriminal 01 Noy 2025 11:29:00 79 0
Xaçmaz rayonunun Çaykənarı kəndində dəhşətli hadisə baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Həqiqət Məmmədova bıçaq xəsarətləri nəticəsində həyatını itirib. İlkin məlumatlara əsasən, qadını onun 17 yaşlı oğlu qətlə yetirib.
Bu xəbəri də oxu: Xalq artisti xəstəxanaya yerləşdirildi
Son.az xəbər verir ki hadisənin ailə-məişət zəminində, qısqanclıq səbəbindən baş verdiyi ehtimal olunur. Qonşular bildiriblər ki, ana ilə oğul arasında telefon üstündə mübahisə yaranıb. "İki oğlu var, kiçik oğlu anasını öldürüb. Deyilənə görə, hadisə telefonla bağlı olub. Uşaq anasına 'danışma, telefonu ver, sındıraram' deyib və aralarında mübahisə yaranıb", - mərhumun qohumu bildirib.
Ağır yaralanan Həqiqət Məmmədova təcili yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəstəxananın həkimi Orxan Şeydayevin verdiyi məlumata görə, qadın çoxsaylı bıçaq xəsarətləri ilə tibb müəssisəsinə gətirilib: "Pasiyentdə döş qəfəsi və qarın nahiyəsində dərin kəsilmiş-deşilmiş yaralar, həmçinin sol dirsək oynağı, sağ said və sol əlin ovuc hissəsində çoxsaylı kəsiklər aşkar edilmişdi. Bütün reanimasiya tədbirlərinə baxmayaraq, qadın oktyabrın 30-da axşam saatlarında vəfat edib".
Qətli törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
ABŞ-ın Florida ştatında JetBlue aviaşirkətinə məxsus sərnişin təyyar�
Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının milli bayr
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasın�
Həkim qulaq təmizləməyin məşhur üsulunun təhlükəli olduğunu bildirib.
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti R
"TikTok"da saxta elanlar paylaşaraq vətəndaşları aldadan şəxs s
Türkiyəli müğənni Murad Dalkılıç növbəti dəfə burun əməliyyatına
Həftəsonları paytaxt və bölgələr arasında intensiv hərəkət müşahid�
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
ARB TV-də yayımlanan "Günə Bax" verilişinin adından istifadə ed
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma
Astroloqların fikrincə, bəzi bürc qadınlarında xüsusi bir enerji, cazibə
Cənubi Qafqaz artıq keçmişin inersiyasından çıxaraq dərin transformasiya
Balıkəsirdə Sındırgı rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.
