İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
Siyasət 01 Noy 2025 11:02:00 56 0
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatıb
Son.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ölkənizin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə həkk olunmuş bu tarixi gün Əlcəzair xalqının müstəqillik və azadlıq əzminin, sarsılmaz iradəsinin, milli birlik və həmrəyliyinin təcəssümüdür.
Azərbaycan ilə Əlcəzairi ənənəvi dostluq və qardaşlıq münasibətləri birləşdirir. Biz bu münasibətlərin inkişafına, əməkdaşlığımızın genişlənməsinə böyük əhəmiyyət veririk.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Həkim qulaq təmizləməyin məşhur üsulunun təhlükəli olduğunu bildirib.
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti R
"TikTok"da saxta elanlar paylaşaraq vətəndaşları aldadan şəxs s
Türkiyəli müğənni Murad Dalkılıç növbəti dəfə burun əməliyyatına
Həftəsonları paytaxt və bölgələr arasında intensiv hərəkət müşahid�
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
ARB TV-də yayımlanan "Günə Bax" verilişinin adından istifadə ed
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma
Astroloqların fikrincə, bəzi bürc qadınlarında xüsusi bir enerji, cazibə
Cənubi Qafqaz artıq keçmişin inersiyasından çıxaraq dərin transformasiya
Balıkəsirdə Sındırgı rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.
Paytaxtın 235 nömrəli tam orta məktəbinin 7-ci sinif şagirdi Fərizə Səf
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
