“Sənətkarın dostu”: Füzulidə Xalq artisti Mənsum İbrahimovla görüş keçirilib
Kriminal 01 Noy 2025 10:05:00 83 0
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Füzuli şəhər Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində "Sənətkarın dostu" layihəsi çərçivəsində görüş keçirilib.
Bu xəbəri də oxu: Xalq artisti xəstəxanaya yerləşdirildi
MEMİM-in təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə həyata keçirilən "Mədəniyyət rüzgarı" tədbirlər silsiləsi üzrə gerçəkləşdirilən görüşün qonağı Azərbaycan Milli Konservatoriyası (AMK) Muğam kafedrasının müdiri və professoru, Prezidentin fərdi təqaüdçüsü, "Şərəf" və "Şöhrət" ordenləri laureatı, Xalq artisti Mənsum İbrahimov olub.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov çıxış edərək tanınmış incəsənət xadimləri ilə regionlarda təşkil olunan görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib. Bu kimi tədbirlərin yerlərdə mədəni mühitin canlanmasına töhfə verdiyi diqqətə çatdırılıb.
Mənsum İbrahimova 65 illik yubileyi münasibətilə təbriklərini çatdıran idarə rəisi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi rəssamlıq dərnəyinin rəhbəri Əkrəm Qurbanovun Xalq artistinin şüşə üzərində döymə üsulu ilə hazırladığı portretini sənətkara təqdim edib.
MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov bildirib ki, bölgələrdə sənət adamları ilə görüşlər ictimaiyyət tərəfindən məmnunluqla qarşılanır. MEMİM-in bu qəbildən layihələri mütəmadi olaraq təşkil edilir.
Xalq artisti Mənsum İbrahimov muğam sənətinin fəlsəfəsindən danışıb, dövlətimiz tərəfindən bu sahənin inkişafına böyük qayğı göstərildiyini deyib. Ustad xanəndə həmçinin muğam məktəblərindən bəhs edib, ifa zamanı diqqət yetirilməli məqamlardan söz açıb.
Görüş zamanı tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Nihad Məmmədovun müşayiəti ilə Mənsum İbrahimovun yetirmələri Günay İmamverdiyeva və Orxan Hüseynlinin çıxışları dinlənilib.
Həmçinin Rauf Həsənov (tar) və Ülvi Hacıyevin (kamança) müşayiəti ilə Füzuli rayonu musiqi məktəblərinin şagirdləri Tunar Qafarov, Müstəcəb Əliyev və Rəsul Bağırov da ifalarını təqdim ediblər. Uşaq İncəsənət Festivalının finalçısı Zülfiyyə Orucova isə Razi İlhamın Mənsum İbrahimova həsr etdiyi şeirini səsləndirib.
Ətraf rayonlarda fəaliyyət göstərən musiqi və incəsənət məktəblərindən müəllim və şagirdlərin, o cümlədən şəhid ailələrinin üzvləri və qazilərin, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi görüşdə Mənsum İbrahimov auditoriyanın suallarını cavablandırıb.
MEMİM-in əməkdaşı Ləman Eyyubovanın moderatorluğu ilə keçirilən tədbirdə "Azərbaycan Bayrağı" ordenli şəhid kapitan Həmid Həmidlinin (1996-2023) atası çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.
Sənətkarın və yetirmələrinin sonda birgə ifa etdikləri "Qarabağ şikəstəsi" tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Astroloqların fikrincə, bəzi bürc qadınlarında xüsusi bir enerji, cazibə
Cənubi Qafqaz artıq keçmişin inersiyasından çıxaraq dərin transformasiya
Balıkəsirdə Sındırgı rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.
Paytaxtın 235 nömrəli tam orta məktəbinin 7-ci sinif şagirdi Fərizə Səf
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Abşeron rayonunda kişi sevgilisini "TikTok"da hesab açdığı üç�
Amerikalılar bizə mesaj göndərdilər ki, belaruslar günahkardır və həm h
Müğənni Xuraman Şuşalı Dağıstanda bir kişinin ikinci dəfə ailə qurma
Türkiyədə kiçik torpaq sahələrini dəyərləndirmək istəyən fermerlər
Türkiyədə hər gün təxminən 12 milyon, ildə isə 4,3 milyard ədəd çör
Rəqqasə Rəna Ağamuradova (Renka) "Bir gün" verilişinin qonağı
Son araşdırmalar göstərir ki, qırmızı ətin həddindən artıq qəbulu h�
Milyonlarla insan tərəfindən qəbul edilən maqnezium son illərin ən populy
