Məleykə Abbaszadə: "Bu xidmət ödənişli olacaq"


Digərləri 23 Okt 2025 20:19:00 85 0

Məleykə Abbaszadə: "Bu xidmət ödənişli olacaq"

Son illər ən ciddi problemlərdən biri abituriyentlərin peşə və ixtisas seçimi ilə bağlıdır. Hər buraxılış imtahanından sonra abituriyentlər və valideynlər ixtisas seçimi mərhələsində ciddi çətinliklərlə üzləşirlər. Bəzən onlar yüksək ödəniş müqabilində müxtəlif təhsil ekspertlərinə müraciət edir, ixtisas seçimini həmin şəxslərin vasitəsilə həyata keçirirlər. Bir çox valideynlər qərarı özləri verir, digərləri isə məktəb müəllimlərinin məsləhətlərinə üz tutur. Lakin təcrübə göstərir ki, bu prosesin sonunda xeyli sayda abituriyent müsabiqədən kənarda qalır.

Bunun əsas səbəblərindən biri ixtisasın düzgün seçilməməsidir. Hətta yüksək bal toplayan abituriyentlər belə yanlış seçim səbəbindən qəbul ola bilmirlər. Bu problemi aradan qaldırmaq məqsədilə Dövlət İmtahan Mərkəzi yeni layihə təqdim edib və mərkəzdə "Peşə seçimi" testlərin tətbiqinə başlanılıb.  Bu testlər şagirdlərə öz maraq və bacarıqlarına uyğun peşəni daha dəqiq müəyyənləşdirməyə kömək edir.

Ümumiyyətlə, valideynlərin və abituriyentlərin ən çox narahat olduğu məsələlərdən biri peşə seçiminin necə aparılmasıdır. Onlar hansı peşəni seçməli olduqları, bu seçimin şəxsi maraqlar, qabiliyyətlər və gələcək perspektivlərlə necə uyğunlaşdırılmalı olduğu barədə qərar verməkdə çətinlik çəkirlər.

Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Musavat.com-a müsahibə verib.

- Biz hər ay peşə testlərini açıq şəkildə ictimaiyyətə təqdim edirik. Qeydiyyatdan keçən şagirdlər və abituriyentlər gəlib bu testlərdən keçə bilirlər. Hazırda testlər Dövlət İmtahan Mərkəzinin binasında keçirilir. Yaxın müddətdə platformanı onlayn şəkildə də istifadəyə açmağı planlaşdırırıq ki, hər kəs evdən testdən keçə bilsin. Burada əsas şərt budur ki, cavabları verən şəxs səmimi olsun və testləri başqasına tapşırmasın. Əks halda insan yalnız özünü aldatmış olur. Bu testlər diaqnostik xarakter daşıyır. Daha geniş və fərdi məlumat almaq istəyənlər "Psixoloq.az" platforması vasitəsilə mərkəzin psixoloqlarına müraciət edə bilərlər. Testdən sonra psixoloqlarla individual şəkildə məsləhət almaq mümkündür. Bu xidmət mövcuddur, lakin təəssüf ki, müraciət edənlər hələ azdır.

- Bu testlərdən keçən abituriyentlər bildirirlər ki, sualların sayı çoxdur və müddət 2-3 saata qədər davam edir. Gələcəkdə həm sualların həcmi, həm də testin müddəti ilə bağlı təkmilləşdirmə planlaşdırılırmı?

- Həkimə gedəndə dəqiq diaqnoz istəyirsinizsə, müxtəlif müayinələrdən keçmək lazımdır. Bu test də həmin prinsipə əsaslanır. Onu "tez-bazar" yüngülləşdirmək doğru olmaz. Bu, çox peşəkar hazırlanmış testdir, suallar işlənib və hazır məhsul kimi ictimaiyyətə təqdim edilib. Məqsəd sürətli yoxlama deyil, dəqiq nəticədir.

Slovakiya nümayəndə heyəti Ağdamda: “Azad olunmuş torpaqlara həyat qayıdır” like
  • 23 Okt 20:18  
Digərləri Slovakiya nümayəndə heyəti Ağdamda: “Azad olunmuş torpaqlara həyat qayıdır”

Slovakiya nümayəndə heyəti  Ağdam şəhərinə səfər edib. Son.az xə

arrow Ətraflı
“Efirdə barışdıq, amma sonra dedi ki...“ like
  • 23 Okt 19:46  
Şou-biznes “Efirdə barışdıq, amma sonra dedi ki...“

Əməkdar artist Mehriban Xanlarova qızı Aysel Xanlarovanı bağışlamayıb.

arrow Ətraflı
Yeni iki planet kəşf edildi like
  • 23 Okt 19:30  
Dünya Yeni iki planet kəşf edildi

İrvin Kaliforniya Universitetinin alimləri "TESS" kosmik teleskopunu

arrow Ətraflı
Ramal bu müğənni ilə sevgili imiş like
  • 23 Okt 19:20  
Şou-biznes Ramal bu müğənni ilə sevgili imiş

Müğənni Əminə Şirin illər öncə müğənni Ramal İsrafilovla sevgili ol

arrow Ətraflı
Meyvətərəvəz 2 qat bahalaşa bilər like
  • 23 Okt 19:00  
Digərləri Meyvətərəvəz 2 qat bahalaşa bilər

Hazırda bazarlarda həm mövsümü, həm də mövsümü olmayan meyvə-tərəv�

arrow Ətraflı
Qanunsuz qumar oyunlarının reklamına görə 5 nəfər cəzalandırıldı like
  • 23 Okt 18:50  
Digərləri Qanunsuz qumar oyunlarının reklamına görə 5 nəfər cəzalandırıldı

Bir sıra rəqəmsal platforma təsirçilərinin sosial şəbəkə hesablarında

arrow Ətraflı
Kənan Əliyev yüksək vəzifəyə təyin olundu like
  • 23 Okt 18:41  
Digərləri Kənan Əliyev yüksək vəzifəyə təyin olundu

Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin edilib.

arrow Ətraflı
"Ford" bir milyondan çox avtomobili geri çağırır like
  • 23 Okt 18:30  
Digərləri "Ford" bir milyondan çox avtomobili geri çağırır

"Ford Motor Company"  1 448 655 avtomobili geri çağırır.

arrow Ətraflı
Bu müəllimlərin maaşı 35% artırılacaq like
  • 23 Okt 18:15  
Digərləri Bu müəllimlərin maaşı 35% artırılacaq

2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması prosesi və m�

arrow Ətraflı
Bu xəstəliklər də tibbi sığorta ilə müalicə olunacaq like
  • 23 Okt 18:08  
Digərləri Bu xəstəliklər də tibbi sığorta ilə müalicə olunacaq

Gələn il şəkərli diabet başda olmaqla indiyədək icbari tibbi sığorta z

arrow Ətraflı
Dünya ulduzu falçıdancadudan kömək umur  keçmiş ərini geri qaytarmaq üçün like
  • 23 Okt 18:00  
Şou-biznes Dünya ulduzu falçıdancadudan kömək umur keçmiş ərini geri qaytarmaq üçün

Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopez ayrılıqdan sonra mis

arrow Ətraflı
Gənc Tamaşaçılar Teatrının rejissorunun yataqxanadakı mənzilinə plomb vurulub? like
  • 23 Okt 17:50  
Digərləri Gənc Tamaşaçılar Teatrının rejissorunun yataqxanadakı mənzilinə plomb vurulub?

Dillər Universitetinin yataqxanasında yaşayan Cəbrayıl rayonundan məcburi

arrow Ətraflı