Xankəndidə “Azərbaycan mədəniyyətində Üzeyir Hacıbəyli fenomeni” mövzusunda elmipraktik seminar keçirilib FOTO
Kriminal 23 Okt 2025 19:11:00 76 0
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən Qarabağ bölgəsində həyata keçirilən "Mədəniyyət rüzgarı" layihəsi çərçivəsində Qarabağ Universitetinin İncəsənət fakültəsində "Azərbaycan mədəniyyətində Üzeyir Hacıbəyli fenomeni" mövzusunda elmi-praktik seminar təşkil olunub.
Bu xəbəri də oxu: Milli İncəsənət Muzeyində görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə poçt markalarının təqdimat mərasimi baş tutub FOTO
Dahi bəstəkar, musiqişünas alim, pedaqoq, publisist, dramaturq, ictimai xadim Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan tədbirdə universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Şuşa şəhərində Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın I Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalmış büstlərini ziyarət ediblər.
Seminarda Qarabağ Universiteti İncəsənət fakültəsinin dekanı bəstəkar Türkər Qasımzadə və MEMİM-in direktor vəzifəsinə icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov giriş sözü söyləyiblər. Qeyd olunub ki, seminarın məqsədi müasir Azərbaycan professional musiqisinin banisi olan Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsini gənc nəsillərə çatdırmaqla onları maarifləndirməkdən ibarətdir. Bildirilib ki, Üzeyir Hacıbəyli fenomeni bir əsrdən çoxdur mədəniyyətimizin inkişafına öz töhfəsini verir. Dahi bəstəkarın musiqi irsi dünya miqyasında Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirir.
Sonra seminar MEMİM-in əməkdaşı, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının moderatorluğu ilə davam edib. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə "Üzeyir Hacıbəyli dühası XXI əsrin mədəniyyət güzgüsündə" adlı yeni faktlar və sənədlərlə zəngin məruzəsində sənətkarın yaradıcılığını dünya musiqisi kontekstində işıqlandırıb, onun ideyalarının həmişəyaşarlığı fikrini vurğulayıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Qarabağ Universiteti İncəsənət fakültəsinin baş müəllimi Aybəniz Növrəsli "Üzeyir Hacıbəyli və musiqi pedaqogikası" mövzusunda çıxış edərək musiqi təhsili sahəsində mövcud müxtəlif sistemlərdən söz açıb, onlardan bəhrələnməyin zəruriliyi məsələsinə toxunub.
Məruzəçilər auditoriyanın suallarını cavablandırıb. Sonda Qarabağ Universitetinə bir sıra elmi nəşrlər hədiyyə edilib.
Seminarın gedişində bədii proqram da təqdim olunub. Qarabağ Universiteti tələbə xorunun (bədii rəhbər: Rüfət Xəlilov, konsermeysterlər: Ehtiram Ağazadə, Aytac Dadaşova) ifasında Ü.Hacıbəylinin "Arşın mal alan" operettasından "Qızların xoru" və "Leyli və Məcnun" operasından "Şəbi-hicran" xoru səsləndirilib.
İncəsənət fakültəsinin müəllimi Əməkdar artist Anar Şuşalı "Arşın mal alan"dan Əsgərin ariyasını (konsertmeyster: həmin fakültənin müəllimi, pianoçu Zakir Əsədov) ifa edib. Tələbələr İsmayıl İsmayılov və Elnarə Abdullayeva isə "Leyli və Məcnun" operasından "Görüş" səhnəsini səsləndiriblər. Onları fakültənin müəllimləri Bəhruz Zeynalov (tar) və Fərid Babayev (kamança) müşayiət ediblər.
Xatırladaq ki, MEMİM-in 20-31 oktyabr tarixlərini əhatə edən Qarabağda "Mədəniyyət rüzgarı" layihəsi Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Hazırda bazarlarda həm mövsümü, həm də mövsümü olmayan meyvə-tərəv�

Bir sıra rəqəmsal platforma təsirçilərinin sosial şəbəkə hesablarında

Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin edilib.

"Ford Motor Company" 1 448 655 avtomobili geri çağırır.

2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması prosesi və m�

Gələn il şəkərli diabet başda olmaqla indiyədək icbari tibbi sığorta z

Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopez ayrılıqdan sonra mis

Dillər Universitetinin yataqxanasında yaşayan Cəbrayıl rayonundan məcburi

Bakıda şadlıq evində faciəvi hadisə baş verib.

Ötən gün Bakıda fəaliyyət göstərən "BakuBus"a aid 3 nömrəli

Xəbər verdiyimiz kimi, ifaçısı Natiq Nuriyev müğənni Vüqar Muradovu mə

Prezident İlham Əliyev "Mülki aviasiya sahəsində idarəetmənin təkmi

NATO-nun sabiq baş katibi Yens Stoltenberq xatirələrində Türkiyə prezident

Göyçay rayonundakı qaz xətlərində aşkar olunmuş qazsızmalarının ləğ

Türkiyənin tanınmış aktrisası Neşe Aksoy 62 yaşında ağciyər xərçən
