Milli İncəsənət Muzeyində görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə poçt markalarının təqdimat mərasimi baş tutub FOTO
Kriminal 23 Okt 2025 19:31:00 96 0
Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə AMİM-nin təşəbbüsü ilə "Azərpoçt" MMC tərəfindən dövriyyəyə buraxılan poçt markalarının təqdimat mərasimi baş tutub.
Bu xəbəri də oxu: Ərini basdırdığı yerə “giriş qadağandır” nişanı qoydu
Tanınmış elm və mədəniyyət xadimlərinin, millət vəkillərinin, ölkəmizdəki diplomatik korpusların rəhbər və nümayəndələrinin qatıldığı mərasimdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və "Azərpoçt" MMC-nin Marka şöbəsinin müdiri Sitarə Hüseynova çıxış ediblər. Onlar öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ildə Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi barədə Sərəncamını vurğulayaraq, bu qərarın dahi sənətkarın irsinin qorunması, araşdırılması və geniş ictimaiyyətə tanıdılması üçün mühüm addım, təqdim edilən poçt markalarının isə yubiley ilinə dəyərli töhfə olduğunu bildiriblər. Daha sonra Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov, "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikovanın iştirakı ilə markaların möhür vasitəsilə "söndürülməsi" mərasimi keçirilib. Poçt markaları üzərində M.Q.İrəvaninin tanınmış portretləri sırasında yer alan "Əsgər", "Mah Tələt xanım", "Zadəgan qadının portreti", "Vəcihulla Mirzə", "Fətəli şah" əsərləri əks olunub. İrəvani yaradıcılığının müxtəlif mərhələlərinə aid bu mükəmməl sənət nümunələrində öz dövrləri üçün yeni olan xüsusiyyətlər - təkcə zahiri bənzərlik deyil, hər bir obraza xas fərdi cizgi və daxili aləmin dolğun təsviri verilib. Qeyd edək ki, təqdimat mərasimində AMİM-nin kolleksiyasında qorunan bu portretlər nümayiş etdirilib. Tədbirin sonunda Xalq artisti Munis Şərifovun bədii rəhbərliyi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəznində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı xalq sənəti incilərindən ibarət konsert proqramı ilə gecəyə unudulmaz musiqi ərmağanı bəxş ediblər. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
İrvin Kaliforniya Universitetinin alimləri "TESS" kosmik teleskopunu

Müğənni Əminə Şirin illər öncə müğənni Ramal İsrafilovla sevgili ol

Beyləqanda otelin müdiri və qeydiyyatçısı (resepşın) saxlanılıb.

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma

Hazırda bazarlarda həm mövsümü, həm də mövsümü olmayan meyvə-tərəv�

Bir sıra rəqəmsal platforma təsirçilərinin sosial şəbəkə hesablarında

Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin edilib.

"Ford Motor Company" 1 448 655 avtomobili geri çağırır.

2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması prosesi və m�

Gələn il şəkərli diabet başda olmaqla indiyədək icbari tibbi sığorta z

Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopez ayrılıqdan sonra mis

Dillər Universitetinin yataqxanasında yaşayan Cəbrayıl rayonundan məcburi

Bakıda şadlıq evində faciəvi hadisə baş verib.

Ötən gün Bakıda fəaliyyət göstərən "BakuBus"a aid 3 nömrəli

Xəbər verdiyimiz kimi, ifaçısı Natiq Nuriyev müğənni Vüqar Muradovu mə
