“Mənim Dənizlərim, Mənim Okeanlarım” sərgisi ilk dəfə Heydər Əliyev Mərkəzində VİDEO


Siyasət 20 Okt 2025 11:11:00 85 0

“Mənim Dənizlərim, Mənim Okeanlarım” sərgisi ilk dəfə Heydər Əliyev Mərkəzində  VİDEO

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində su ehtiyatlarının qorunması çağırışı ilə "Mənim Dənizlərim, Mənim Okeanlarım" ("My Seas, My Oceans") sərgisinin açılışı olacaq.

Son.az xəbər verir ki, sərgi iqlim dəyişikliyi, qlobal istiləşmə və həssas ekosistemlər dövründə planetimizin ən həyati ehtiyatlarından biri - su mənbələrinin qorunmasının vacibliyini vurğulamaq məqsədi daşıyır.

Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiya "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi İNDİ Duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") layihəsi çərçivəsində nümayiş olunacaq.

2022-ci ildə Cenevrədəki debütü ilə su ekosisteminin mühafizəsinə dair qlobal dialoqun əsasını qoyan layihə Bakıda ilk dəfədir təşkil edilir. Sərgidə müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərləri təqdim ediləcək. Həmin əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir olunur.

Rəssam və heykəltaraşlar, multimedia və çoxsahəli sənətçilər su, iqlim dəyişikliyi, davamlılıq və dəniz biomüxtəlifliyi mövzularına müraciət edərək bədii işləri vasitəsilə dənizlərimizin, okeanlarımızın və ortaq gələcəyimizin qorunmasına çağırış edirlər.

Sərgi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə - "Təmiz su və sanitariya", "Məsuliyyətli istehlak", "İqlim dəyişməsi ilə mübarizə" və "Su altında həyat" hədəflərinə uyğunluğu ilə fərqlənir. "Mənim Dənizlərim, Mənim Okeanlarım" göstərir ki, sənət təkcə reallığı əks etdirmir, həm də gələcək nəsillər üçün dəniz və okeanların təmizliyini təmin etməyə qadirdir.

Yer kürəsinin 70 faizindən çoxunu təşkil edən su ehtiyatları, dəniz və okeanların ekoloji sistemi getdikcə daha çox mənfi təsirə məruz qalır. Sərgi isə incəsənət vasitəsilə həmin təsirlərin azaldılması və qarşısının alınması, ümumiyyətlə qlobal məsələlərə diqqətin artırılması ismarıcını dünyaya ötürür.


Xəbərə aid fotolar

Deputat Sevil Mikayılova Cenevrədə beynəlxalq tədbirdə çıxış edib  VİDEO  FOTO like
  • 20 Okt 11:06  
Siyasət Deputat Sevil Mikayılova Cenevrədə beynəlxalq tədbirdə çıxış edib VİDEO FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə Beynəlxalq Parl

arrow Ətraflı
Ramiz Mehdiyevin daha bir səs yazısı yayıldı  AUDİO like
  • 20 Okt 11:05  
Digərləri Ramiz Mehdiyevin daha bir səs yazısı yayıldı AUDİO

Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Admin

arrow Ətraflı
Yeddinci mərtəbədən yıxılan uşaq ailənin tək övladı imiş...  VİDEO like
  • 20 Okt 11:01  
Digərləri Yeddinci mərtəbədən yıxılan uşaq ailənin tək övladı imiş... VİDEO

Hövsanda yerləşən çoxmərtəbəli binaların birində azyaşlı uşaq yedd

arrow Ətraflı
Bu bürclər yaxın günlərdə sevgisini tapacaq  Yeni dövr başlayır like
  • 20 Okt 10:51  
Digərləri Bu bürclər yaxın günlərdə sevgisini tapacaq Yeni dövr başlayır

Astroloqların proqnozlarına görə, bəzi bürclər üçün payızın son gün

arrow Ətraflı
Generaldan sonra polkovnik də azadlığa çıxdı like
  • 20 Okt 10:45  
Digərləri Generaldan sonra polkovnik də azadlığa çıxdı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Nizami Şiri

arrow Ətraflı
Ofeliya Şabanova təzə avtomobilini vurdu like
  • 20 Okt 10:40  
Şou-biznes Ofeliya Şabanova təzə avtomobilini vurdu

Müğənni Ofeliya Şabanova qonaq olduğu "Rəngarəng" verilişində

arrow Ətraflı
Ramiz Mehdiyevin daha bir dəhşətli cinayəti... like
  • 20 Okt 10:38  
Digərləri Ramiz Mehdiyevin daha bir dəhşətli cinayəti...

Yazmışdım ki, Ramiz Mehdiyevin daha bir dəhşətli cinayəti barədə məlum

arrow Ətraflı
Sabah pensiyalar tam ödəniləcək like
  • 20 Okt 10:31  
Digərləri Sabah pensiyalar tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı
Telefonunuzda bu materiallar varsa, həbs oluna bilərsiniz  Vəkildən açıqlama like
  • 20 Okt 10:30  
Digərləri Telefonunuzda bu materiallar varsa, həbs oluna bilərsiniz Vəkildən açıqlama

Telefonlarda saxlanması və istifadəsi cinayət məsuliyyəti doğura biləcə

arrow Ətraflı
Kamaləddin Qafarov: “ Zəngilan Böyük Qayıdışın rəmzi, tarixin ədalətinin təntənəsidir” like
  • 20 Okt 10:25  
Siyasət Kamaləddin Qafarov: “ Zəngilan Böyük Qayıdışın rəmzi, tarixin ədalətinin təntənəsidir”

"20 oktyabr 2020-ci ildə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan�

arrow Ətraflı
Bakının bu rayonunu qurd basır  ŞİKAYƏT like
  • 20 Okt 10:22  
Digərləri Bakının bu rayonunu qurd basır ŞİKAYƏT

Bakının Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 37 və 39 ün

arrow Ətraflı
Boşandıqdan sonra gələn zəng kişiyə həyatının şokunu yaşatdı  Uşaqlarının atası... like
  • 20 Okt 10:04  
Digərləri Boşandıqdan sonra gələn zəng kişiyə həyatının şokunu yaşatdı Uşaqlarının atası...

Boşandıqdan sonra gələn zəng 43 yaşlı kişiyə həyatının şokunu yaşa

arrow Ətraflı
Mehdiyevlər ailəsindəki polkovnik Levon kimdir? – Mühüm detal like
  • 20 Okt 09:58  
Digərləri Mehdiyevlər ailəsindəki polkovnik Levon kimdir? – Mühüm detal

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barəsində h�

arrow Ətraflı
Böyük Britaniya türk ulduza ömürlük viza verdi like
  • 20 Okt 09:55  
Şou-biznes Böyük Britaniya türk ulduza ömürlük viza verdi

Böyük Britaniya Sənət Şurası tarixində ilk dəfə olaraq türkiyəli mü�

arrow Ətraflı