Ramiz Mehdiyevin daha bir dəhşətli cinayəti...
Digərləri 20 Okt 2025 10:38:00 62 0
Yazmışdım ki, Ramiz Mehdiyevin daha bir dəhşətli cinayəti barədə məlumat verəcəm. Bu, Milli Ensiklopediya cinayətidir.
Bu xəbəri də oxu: Ətin qiyməti niyə ucuzlaşır? SƏBƏB
Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri sabiq millət vəkili Etibar Əliyev qeyd edib.
"Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli, 55 saylı sərəncamında deyilir: "Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ilə yeni dövrün tələblərinə cavab verən, xalqımızın həyatında baş vermiş mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən yeni ensiklopediyanın hazırlanıb latın qrafikasında nəşr edilməsi zərurəti meydana çıxmışdır". Sərəncamda Ensiklopediyanın nəşri Dövlət əhəmiyyətli mühüm iş kimi təsnifatlandırılmış və qərar hissəsində qeyd edilmişdir ki, 2004-2008-ci illərdə çoxcildli Azərbaycan Milli Ensiklopediyası nəşr edilsin.
Çoxcildli Azərbaycan Milli Ensiklopediyasının nəşri üçün normal iş şəraitinin yaradılması məqsədilə Prezident İlham Əliyevin 5 may 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi" təsis edilmişdir.
Sərəncamın imzalanmasından 21 il ötməsinə baxmayaraq Ensiklopediyanın cəmi 9 cildi çapdan çıxıb. Əlbəttə ki, bu işə məsul şəxs Ramiz Mehdiyev idi. "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi tikilib istifadəyə veriləndən dərhal sonra R.Mehdiyev binanın iki mərtəbəsini oğluna məxsus olan "Şərq-Qərb" nəşriyyatına verdi. Prezident Sərəncamında Milli Ensiklopediyanın nəşri dövlət əhəmiyyətli iş sayılır. Lakin Mehdiyev bu dövlət əhəmiyyətli işi, belə vacib layihəni urvatsız hala saldı. Ensiklopediyanın məzmununda yol verilən çox ciddi xətalara (plagiatlıq, tərcümə qüsurları, anlayışların düzgün vürilməməsi. Milli maraqlarımıza sidd məqalələr) görə 2018-ci ildə onun adına məktub yazdım. Lakin məktuba cavab verilmədi. Sonradan anladım ki, bu işlər məqsədli şəkildə həyata keçirilir. Ölkələr bütün dövrlərdə öz intellektual potensiallarını önə çəkiblər, bu da bir yarış kimi tarixə düşüb. İntellektual potensial isə Milli Ensiklopediyada təcəssüm olunur.
Ramiz Mehdiyevin Ensiklopediyaya düşmən münasibəti sayəsində Azərbaycan ziyalıları və sadə vətəndaşların Ensiklopediya barədə bilgiləri demək olar ki, yoxdur.
Qalib Xalqın Milli Ensiklopediyasına xəyanət etmək də Dövləti cinayətdir", - o bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

Telefonlarda saxlanması və istifadəsi cinayət məsuliyyəti doğura biləcə

"20 oktyabr 2020-ci ildə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan�

Bakının Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 37 və 39 ün

Boşandıqdan sonra gələn zəng 43 yaşlı kişiyə həyatının şokunu yaşa

Cari ilin avqust ayında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən beynəlx

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barəsində h�

Böyük Britaniya Sənət Şurası tarixində ilk dəfə olaraq türkiyəli mü�

20-24 oktyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə

Fransanın BFMTV telekanalı Luvr muzeyindəki oğurluğun görüntülərini yay

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

İlon Maskın sahibi olduğu "X" sosial şəbəkəsi istifadəçi adla

Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları
