Deputat Sevil Mikayılova Cenevrədə beynəlxalq tədbirdə çıxış edib VİDEO FOTO


Siyasət 20 Okt 2025 11:06:00 71 0

Deputat Sevil Mikayılova Cenevrədə beynəlxalq tədbirdə çıxış edib  VİDEO  FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan olan vitse-prezidenti, millət vəkili Sevil Mikayılova Cenevrədə keçirilən IPU 151-ci Assambleyası çərçivəsində qadın-parlamentarilərin Forumu və Bürosunun iclasında məruzə ilə çıxış edib.

Trend-in məlumatına görə, Sevil Mikayılova üzvü olduğu IPU-nun Gender tərəfdaşlığı məsələləri üzrə Qrupunun adından çıxış edərək bildirib ki, Qrupun əsas məqsədi həm IPU-nun fəaliyyətində, həm də milli parlamentlərdə qadınların və kişilərin bərabər iştirakına vasitəçilik etməkdir.

"Oktyabrın 18-də Qrup burada, Cenevrədə öz ilk iclasını keçirdi. Mandatımıza uyğun olaraq, biz bu Assambleyada qadın deputatların iştirakını monitorinq etməklə başladıq. 18 oktyabr tarixinə olan məlumata görə, qeydiyyatdan keçmiş bütün nümayəndələrin 37,1 faizini qadınlar təşkil edir. Bu göstərici Daşkənddə keçirilən əvvəlki Assambleyanın nəticələrinə yaxındır və son beş sessiyanın orta göstəricilərini üstələyir. Bu, ümidverici tendensiyadır və ümid edirik ki, Assambleya işi sona çatana qədər bu rəqəmlər qorunub saxlanılacaq", - deyə o vurğulayıb.

S. Mikayılova həmçinin, nümayəndə heyətlərinin tərkibindəki disbalansa da diqqət çəkib:

"Bizim son məqsədimiz gender bərabərliyinə nail olmaqdır, lakin təfərrüatlar göstərir ki, hələ görüləsi çox iş var. Hər birində ən azı iki nümayəndə olan 125 nümayəndə heyətindən səkkizi kişi, biri isə qadındır. Bu, ötən il Cenevrədə müşahidə olunan vəziyyətə demək olar ki, uyğundur, lakin ümumilikdə əvvəlki illərlə müqayisədə daha aşağı göstəricidir. Bundan başqa, cəmi bir nəfərdən ibarət 11 nümayəndə heyəti var ki, onların doqquzu kişi, ikisi isə qadındır. Beləliklə, 17 nümayəndə heyətinin yalnız kişilər, 3 nümayəndə heyətinin isə yalnız qadınlar tərəfindən təmsil olunacağı gözlənilir".

Qrup həmçinin, kişi və qadınların ən azı 40 faizdən ibarət olduğu "gender balanslı" nümayəndə heyətlərini də təhlil edib.

"Əvvəlki iki Assambleyada rekord sayda - 49 balanslaşdırılmış nümayəndə heyəti olmuşdu, indi isə onların sayı 40-dır. Bu, onu göstərir ki, biz daha yaxşı işləyə bilərik və işləməliyik. Hər bir geosiyasi blokda gender balanslı nümayəndə heyətləri mövcuddur - biz bir-birimiz üçün nümunə ola bilərik", - deputat qeyd edib.

Sevil Mikayılova əlavə edib ki, Qrup "International Gender Champions" təşkilatı tərəfindən IPU və "Women at the Table" qurumu ilə birgə hazırlanmış, gender yönümlü assambleyaların təşkili üçün nəzərdə tutulan praktik vəsaitin ikinci nəşrini alqışlayıb.

"Bu vəsait qadınların iştirakının genişləndirilməsi və gender bərabərliyinin təşviqi üçün şərait yaradılmasına dair praktik tövsiyələr təqdim edir. Sənəddə IPU-nun uzun illər ərzində ardıcıl şəkildə təşviq etdiyi qabaqcıl yanaşmalar toplanıb. Qrupumuz bu təşəbbüslərin ön sıralarında yer aldığı üçün qürur duyur. Biz sizi bu vəsaitlərdən və onun ən yaxşı təcrübələrindən fəal şəkildə yararlanmağa çağırırıq",- deyə o bildirib.

Çıxışının sonunda Sevil Mikayılova vurğulayıb ki, Qrup qadınların payı 10 faizdən az olan parlamentlərin nümayəndə heyətləri ilə dialoqu davam etdirəcək və onlara dəstək təklif edəcək.

"Biz həmkarlar arasında qarşılıqlı yardımı yüksək qiymətləndiririk və əminik ki, təcrübə mübadiləsi yolu ilə qərarların qəbulunda gender bərabərliyi məqsədinə bir qədər də yaxınlaşa bilərik. IPU çərçivəsində və milli səviyyədə dəstəyinizə ümid edirik", - deyə Sevil Mikayılova fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Beynəlxalq Parlamentlərarası İttifaqın 151-ci Assambleyası 2025-ci il oktyabrın 19-dan 23-dək İsveçrənin Cenevrə şəhərində keçirilir. Assambleyanın işində təşkilatın bütün nizamnamə orqanları - Rəhbər Şura, Daimi Komitələr, Parlament üzvlərinin hüquqları və Yaxın Şərq məsələləri üzrə komitələr, həmçinin Qadın Parlamentarilər Forumu və Gənc Deputatlar Forumu iştirak edir.

Assambleyanın ümumi müzakirəsinin əsas mövzusu "Böhran dövrlərində humanitar normalara riayət və humanitar fəaliyyətin dəstəklənməsi"dir. İştirakçılar aktual çağırışları müzakirə edəcək, fikir mübadiləsi aparacaq və bu sahədə parlament təşəbbüsləri hazırlayacaqlar. Bundan əlavə, fövqəladə gündəlik üzrə və Demokratiya və İnsan Hüquqları Daimi Komitəsində müzakirə edilən mövzu - "Beynəlxalq qanunsuz övladlığa götürmə qurbanlarının tanınması və dəstəklənməsi, bu təcrübənin qarşısının alınması tədbirləri" ilə bağlı qətnamələr qəbul ediləcək. Assambleya ümumi müzakirənin əsas mövzusuna dair yekun sənədin qəbulu ilə başa çatacaq.

Ramiz Mehdiyevin daha bir səs yazısı yayıldı  AUDİO like
  • 20 Okt 11:05  
Digərləri Ramiz Mehdiyevin daha bir səs yazısı yayıldı AUDİO

Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Admin

arrow Ətraflı
Yeddinci mərtəbədən yıxılan uşaq ailənin tək övladı imiş...  VİDEO like
  • 20 Okt 11:01  
Digərləri Yeddinci mərtəbədən yıxılan uşaq ailənin tək övladı imiş... VİDEO

Hövsanda yerləşən çoxmərtəbəli binaların birində azyaşlı uşaq yedd

arrow Ətraflı
Bu bürclər yaxın günlərdə sevgisini tapacaq  Yeni dövr başlayır like
  • 20 Okt 10:51  
Digərləri Bu bürclər yaxın günlərdə sevgisini tapacaq Yeni dövr başlayır

Astroloqların proqnozlarına görə, bəzi bürclər üçün payızın son gün

arrow Ətraflı
Generaldan sonra polkovnik də azadlığa çıxdı like
  • 20 Okt 10:45  
Digərləri Generaldan sonra polkovnik də azadlığa çıxdı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Nizami Şiri

arrow Ətraflı
Ofeliya Şabanova təzə avtomobilini vurdu like
  • 20 Okt 10:40  
Şou-biznes Ofeliya Şabanova təzə avtomobilini vurdu

Müğənni Ofeliya Şabanova qonaq olduğu "Rəngarəng" verilişində

arrow Ətraflı
Ramiz Mehdiyevin daha bir dəhşətli cinayəti... like
  • 20 Okt 10:38  
Digərləri Ramiz Mehdiyevin daha bir dəhşətli cinayəti...

Yazmışdım ki, Ramiz Mehdiyevin daha bir dəhşətli cinayəti barədə məlum

arrow Ətraflı
Sabah pensiyalar tam ödəniləcək like
  • 20 Okt 10:31  
Digərləri Sabah pensiyalar tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı
Telefonunuzda bu materiallar varsa, həbs oluna bilərsiniz  Vəkildən açıqlama like
  • 20 Okt 10:30  
Digərləri Telefonunuzda bu materiallar varsa, həbs oluna bilərsiniz Vəkildən açıqlama

Telefonlarda saxlanması və istifadəsi cinayət məsuliyyəti doğura biləcə

arrow Ətraflı
Kamaləddin Qafarov: “ Zəngilan Böyük Qayıdışın rəmzi, tarixin ədalətinin təntənəsidir” like
  • 20 Okt 10:25  
Siyasət Kamaləddin Qafarov: “ Zəngilan Böyük Qayıdışın rəmzi, tarixin ədalətinin təntənəsidir”

"20 oktyabr 2020-ci ildə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan�

arrow Ətraflı
Bakının bu rayonunu qurd basır  ŞİKAYƏT like
  • 20 Okt 10:22  
Digərləri Bakının bu rayonunu qurd basır ŞİKAYƏT

Bakının Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 37 və 39 ün

arrow Ətraflı
Boşandıqdan sonra gələn zəng kişiyə həyatının şokunu yaşatdı  Uşaqlarının atası... like
  • 20 Okt 10:04  
Digərləri Boşandıqdan sonra gələn zəng kişiyə həyatının şokunu yaşatdı Uşaqlarının atası...

Boşandıqdan sonra gələn zəng 43 yaşlı kişiyə həyatının şokunu yaşa

arrow Ətraflı
Mehdiyevlər ailəsindəki polkovnik Levon kimdir? – Mühüm detal like
  • 20 Okt 09:58  
Digərləri Mehdiyevlər ailəsindəki polkovnik Levon kimdir? – Mühüm detal

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barəsində h�

arrow Ətraflı
Böyük Britaniya türk ulduza ömürlük viza verdi like
  • 20 Okt 09:55  
Şou-biznes Böyük Britaniya türk ulduza ömürlük viza verdi

Böyük Britaniya Sənət Şurası tarixində ilk dəfə olaraq türkiyəli mü�

arrow Ətraflı
Partlayış səsləri eşidiləcək  XƏBƏRDARLIQ like
  • 20 Okt 09:50  
Digərləri Partlayış səsləri eşidiləcək XƏBƏRDARLIQ

20-24 oktyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə

arrow Ətraflı