Saç tökülməsinin gözlənilməz səbəbi: Qidalanma və vitamin çatışmazlığı
Digərləri 19 Okt 2025 13:14:00 70 0
Saç tökülməsi yalnız genetik və hormonal faktorlarla bağlı deyil. Mütəxəssislər bildirirlər ki, düzgün olmayan qidalanma və bəzi vitamin-mineral çatışmazlıqları da bu problemin əsas səbəblərindən biri ola bilər.
Bu xəbəri də oxu: Cəlilabadda qəza olub, 4 nəfər xəsarət alıb FOTO
Son.az xəbər verir ki, bu barədə "CNN Türk"-ə açıqlamasında daxili xəstəliklər üzrə mütəxəssis Dr. Manolya Gökrem danışıb.
Onun sözlərinə görə, biotin (B7 vitamini), B12 vitamini, fol turşusu, dəmir, sink və D vitamini çatışmazlıqları saç köklərinin lazımi şəkildə qidalanmamasına səbəb olur və nəticədə saç tökülməsi prosesi sürətlənir.
"Saçın əsas struktur komponenti olan keratinin yaranmasında bu vitaminlər mühüm rol oynayır. Onların uzunmüddətli çatışmazlığı saçın nazikləşməsinə, uzanma tempinin azalmasına və tökülmənin artmasına gətirib çıxarır", - deyə həkim qeyd edib.
Dr. Gökrem, xüsusilə qadınlarda geniş yayılan dəmir çatışmazlığı anemiyasının saç tökülməsinin ən yayğın səbəblərindən biri olduğunu vurğulayıb:
"Dəmir saç köklərinə oksigen daşıyaraq onların sağlam inkişafını təmin edir. Dəmir çatışmazlığı zamanı bu proses pozulur və saçlar tökülməyə başlayır. Həmçinin sink çatışmazlığı da saçın strukturunu zəiflədir və tökülməyə səbəb olur".
O, D vitamininin də əhəmiyyətinə toxunaraq bildirib ki, bu vitamin saç köklərinin böyümə mərhələsində mühüm rol oynayır:
"D vitamini çatışmazlığı saç follikullarının böyümə dövrünü qısaldır, bu da tökülməni artırır".
Mütəxəssis əlavə edib ki, E və A vitaminləri ilə omega-3 yağ turşuları da saç sağlamlığı üçün vacibdir:
"Bu maddələr baş dərisinin nəm balansını qoruyur, qan dövranını yaxşılaşdırır və saçların qırılmasının qarşısını alır. Onların çatışmazlığı saçın matlaşmasına və zəifləməsinə səbəb ola bilər".
Sonda Dr. Gökrem vurğulayıb ki, sağlam saçların sirri balanslı və zəngin qidalanmadan keçir:
"Zülal, vitamin və minerallarla zəngin bir qidalanma planı, bahalı kosmetik vasitələrdən daha çox fayda verə bilər. Saç tökülməsinin səbəbi düzgün müəyyən olunduqda müalicə də daha effektiv olur".
Kənan Son.az
Son onilliklərdə baş verən iqlim dəyişikliyi nəticəsində buzlaqların �

Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyev

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında "Ərazi quru

Azərbaycan siyasi gündəmini silkələyən Ramiz Mehdiyev qalmaqalı ilə bağ

Oktyabrın 20-də gözlənilən hava proqnozu açıqlanıb.

Bir neçə ildir ki, dünyada elektrikli avtomobillərə tələbat artsa da, öl

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mər

Türkiyəli məşhur aktyor Oktay Kaynarca yeni serial layihəsində yer alacaq.

Qlobal iqlim dəyişikliyi dünyanın bir çox bölgəsində yağıntı rejimin�

Bakıda yüksək vəzifəli məmurun ailəsinə ağır faciə üzv verib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yüksək

Xalq artisti Niyaməddin Musayev mahnılarını ifa edən gənc ifaçılara ça�

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə qaba

Yeni aparılan tədqiqatın nəticələri göstərir ki, 50-dən artıq xərçə
