Bu kəndlərin adları dəyişdiriləcək SƏBƏBLƏR
Digərləri 19 Okt 2025 12:35:00 64 0
Milli Məclisin Regional məsələlər komitəsinin iclasında "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Qanun layihəsinin müzakirəsi baş tutudu. Müzakirələr zamanı bəzi rayon və kəndlərimizin adlarının Azərbaycan dilinə uyğun istifadə olunmadığı müzakirə olunurdu. Qeyd edək ki, dilimizə uyğun olmayan coğrafi adların dəyişdirilməsi məsələsinə Milli Məclisin yanında Toponimiya Komissiyası baxır.
Bu xəbəri də oxu: Evinizdəki bu cihaz 6 soyuducu qədər elektrik sərf edir
Son.az-ın məlumatına görə, komissiya üzvü Nizami Cəfərov Modern.az-a açıqlamasında bildirib ki, Milli Məclisin Toponimiya Komissiyasının kifayət qədər yer adları ilə işləmək təcrübəsi var:
"70 il ərzində sovet dövründə verilən yer adlarının bir hissəsinin dəyişdirilməsi ilə parlamentdə məşğul olduq. O vaxt mən də Milli Məclisin və bu komissiyanın üzvü idim. Burada bizim çox böyük alimlərimiz işləyirdi və bu ənənə bu gün də davam edir".
Nizami Cəfərov qeyd edib ki, həmin dövrdə SSRİ zamanı qoyulan adların böyük hissəsi dəyişdirilib:
"Hazırda sadəcə mikro toponimlərdə bu cür adlar qala bilər. Həmçinin xalq dilində işlənən, amma rəsmi statusu olmayan toponimlər də var. Məsələn, Sovetski və Şurabad kimi adlar buna misal ola bilər. Bunların dəyişdirilməsi o qədər də vacib deyil. Çünki bizə bütün tarixi mərhələlərdən adlar yadigar qalıb. Sovet adlarından bəzilərinin qalmasının (əgər strateji deyilsə) elə bir ziyanı yoxdur".
Onun sözlərinə görə, əhalinin təklifi əsasında yerli icra orqanları xüsusi iclas keçirir, adı təhrif olunmuş ərazilərin yenidən adlandırılması məsələsinə baxılır. Daha sonra təklif Prezident Administrasiyasına, ardınca isə Milli Məclisə göndərilir:
"Milli Məclisə daxil olan təkliflər əvvəlcə Toponimiya Komissiyasına yönləndirilir. Burada müəyyən müzakirələr aparıldıqdan sonra məsələ Regional məsələlər komitəsinə təqdim olunur, orada da müzakirə edildikdən sonra plenar iclasa çıxarılır".
"Təkliflər birbaşa Prezident Administrasiyasına və ya plenar iclasa göndərilə bilər. Qanunvericiliyə əsasən, baxmaq səlahiyyəti olan bütün qurumlar bu məsələni gündəminə sala bilər. Əsas odur ki, təşəbbüs xalqdan və cəmiyyətin özündən gəlsin. Təkliflər Milli Məclisdən də irəli sürülə və müzakirə edilə bilər" - deyə o bildirib.
Nizami Cəfərov qeyd edib ki, deputatlar həm təmsil etdikləri rayonların, həm də bütövlükdə ölkənin maraqlarını nəzərə alırlar:
"Milli Məclisin deputatlarının hər biri həm öz bölgəsini, həm də Azərbaycanı təmsil edir. Əgər hər hansı yer adının düzgün olmadığı barədə məsələ ortaya çıxarsa, ona baxılır. Ad estetik deyilsə, tələblərə cavab vermədiyi hallara diqqət yetirilir".
O bildirib ki, bəzi problemlər adların mənşə və səslənmə fərqlərindən qaynaqlanır:
"Bəzən yerlərin çox gözəl, məzmunlu və tarixi adı olur, amma xalq arasında təhrif olunmuş şəkildə işlədilir. Məsələn, "Yekxana" adlı coğrafi ad var. Biz onu "Yekəxana" kimi tələffüz edirik. "Xana" komponenti ilə yaranan çoxsaylı coğrafi adlarımız var, lakin bunların çoxu fars mənşəlidir və Azərbaycan tarixi ilə ciddi əlaqəsi olduğunu demək çətindir. Ona görə də bu cür adlara ciddi düzəlişlər edilməlidir".
Azərbaycan siyasi gündəmini silkələyən Ramiz Mehdiyev qalmaqalı ilə bağ

Oktyabrın 20-də gözlənilən hava proqnozu açıqlanıb.

Bir neçə ildir ki, dünyada elektrikli avtomobillərə tələbat artsa da, öl

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mər

Türkiyəli məşhur aktyor Oktay Kaynarca yeni serial layihəsində yer alacaq.

Qlobal iqlim dəyişikliyi dünyanın bir çox bölgəsində yağıntı rejimin�

Bakıda yüksək vəzifəli məmurun ailəsinə ağır faciə üzv verib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yüksək

Xalq artisti Niyaməddin Musayev mahnılarını ifa edən gənc ifaçılara ça�

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə qaba

Yeni aparılan tədqiqatın nəticələri göstərir ki, 50-dən artıq xərçə

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danış�

Alimlərin əvvəlcədən proqnozlaşdırdığı növbəti maqnit qasırğası a

Göygöldə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəs
