Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb


Siyasət 16 Okt 2025 22:48:00 84 0

Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 16-da Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Müqəddəs Taxt-Taca son 14 il ərzində altıncı səfər etdiyini xatırladan Birinci vitse-prezident Mehriban Əliyeva bu illər ərzində dövlətlərarası əlaqələrin çox möhkəm təməl, qarşılıqlı hörmət və dostluq əsasında inkişaf etdiyini bildirib. Birinci vitse-prezident bu illər ərzində bir sıra mühüm layihələrin bərpasında Heydər Əliyev Fondunun dəstəyini diqqətə çatdıraraq, gələcəkdə də bu fəaliyyəti davam etdirəcəklərini vurğulayıb.

Bu gün Müqəddəs Komodilya katakombalarının açılışında birgə iştirak etdiklərini deyən Mehriban Əliyeva bunun Heydər Əliyev Fondunun böyük layihələrindən biri olduğunu diqqətə çatdıraraq deyib: "Roma elə şəhərdir ki, həm yerin altı, həm də üstü demək olar səma altında açıq muzeydir. Bizim fəaliyyətimiz elə qurulub ki, bəzi layihələr sona çatan kimi yeni layihələrə start veririk. Bu, çox davamlı əməkdaşlıqdır və mən onu yüksək dəyərləndirirəm".

Baş keşiş kardinal Ceyms Harvi bu cür mühüm layihələri həyata keçirdiklərinə və görülmüş işlərə görə Müqəddəs Tax-Tac adından Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Kardinal qeyd edib ki, bütün katolik və xristian icmalarının əsaslarının qoyulmasında Müqəddəs Pavel çox böyük rol oynayıb. O, Müqəddəs Pavel Bazilikasında indi və gələcəkdə silsilə tədbirlərin keçiriləcəyini vurğulayaraq deyib: "Gördüyünüz bu nəcib işlər Sizin ölkənizi daha yaxından tanımaq üçün yaxşı fürsətdir".

Heydər Əliyev Fondunun Müqəddəs Pavel Bazilikasının örtüklərinin bərpasında iştirak etdiyini vurğulayan baş keşiş bu işin başa çatdırılmasında xeyli zəhmət çəkildiyini söyləyib. O, Romaya gələn zəvvarların sayını nəzərə alaraq, həmin bazilikada təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın dəstəyi ilə görülmüş işlərin müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

Sonra Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harviyə xatirə hədiyyəsi təqdim olunub. Son.az 

Hər evdə olan bu cihaz danışıqlarımızı dinləyirmiş like
  • 16 Okt 22:36  
Digərləri Hər evdə olan bu cihaz danışıqlarımızı dinləyirmiş

Kaliforniya Universitetinin (UC Irvine) alimləri adi optik kompüter siçanlar�

arrow Ətraflı
Mehriban Əliyeva Vatikanda açılış mərasimində iştirak edib like
  • 16 Okt 22:30  
Siyasət Mehriban Əliyeva Vatikanda açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva Müqəd

arrow Ətraflı
“Qızımın artıq 18 yaşı olacaq, amma icazə vermir ki...” like
  • 16 Okt 22:25  
Şou-biznes “Qızımın artıq 18 yaşı olacaq, amma icazə vermir ki...”

Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizin ona qoyduğu qadağadan dan�

arrow Ətraflı
2 ildən bir yetişir, çürüyəndən sonra yeyilir – kilosu 30 manat like
  • 16 Okt 22:12  
Digərləri 2 ildən bir yetişir, çürüyəndən sonra yeyilir – kilosu 30 manat

Türkiyənin Sivas bölgəsində yetişən və nadir tapıldığı üçün dəy�

arrow Ətraflı
Meyvətərəvəz BAHALAŞDI like
  • 16 Okt 21:29  
Digərləri Meyvətərəvəz BAHALAŞDI

Bəzi meyvə-tərəvəzlərin qiymətində kəskin bahalaşma müşahidə edilir

arrow Ətraflı
Ot bahalaşdı, bəs ət?  QİYMƏTLƏR like
  • 16 Okt 21:16  
Digərləri Ot bahalaşdı, bəs ət? QİYMƏTLƏR

Son günlər Göyçayda ot bazarında bahalaşma müşahidə olunur. Belə ki, o

arrow Ətraflı
Özbaşına vitamin qəbulu qaraciyəti məhv edir  Açıqlama like
  • 16 Okt 21:03  
Digərləri Özbaşına vitamin qəbulu qaraciyəti məhv edir Açıqlama

Bəzi qida əlavəli həkim məsləhəti olmadan qəbul edilərsə faydasız ol

arrow Ətraflı
“PAŞA Bank" bu ilin hesabatını açıqladı like
  • 16 Okt 20:55  
Digərləri “PAŞA Bank" bu ilin hesabatını açıqladı

"Pasha bank"da 2025-ci ilin I yarımilinə həsr olunan mətbuat konfr

arrow Ətraflı
“Deyirdi ki, guya qızım pis yola düşüb, həyatımı söndürdü”  Mətanətin atası like
  • 16 Okt 20:50  
Kriminal “Deyirdi ki, guya qızım pis yola düşüb, həyatımı söndürdü” Mətanətin atası

"Xaricdən gələndən sonra səhər başlamışdı hədə-qorxuya. Bilməz

arrow Ətraflı
Un fabrikində baş verən yanğın söndürüldü like
  • 16 Okt 20:39  
Digərləri Un fabrikində baş verən yanğın söndürüldü

Gəncədə "Araboğlu" un fabrikində başlayan yanğın tam söndür�

arrow Ətraflı
“Ad günü” filminin aktyorları 48 ildən sonra bir arada like
  • 16 Okt 20:34  
Şou-biznes “Ad günü” filminin aktyorları 48 ildən sonra bir arada

"Ad günü" filminin qəhrəmanları 48 ildən sonra bir araya gəlibl

arrow Ətraflı
"Bank kredit borcuna görə tanışlarınıza zəng edə bilməz"  AÇIQLAMA like
  • 16 Okt 20:21  
Digərləri "Bank kredit borcuna görə tanışlarınıza zəng edə bilməz" AÇIQLAMA

Kredit götürərkən banklar vətəndaşdan zəruri olan bütün məlumatları

arrow Ətraflı
Ermənistanın Azərbaycana vurduğu ziyanla bağlı sənədlər məhkəmədə tədqiq edilib like
  • 16 Okt 20:15  
Siyasət Ermənistanın Azərbaycana vurduğu ziyanla bağlı sənədlər məhkəmədə tədqiq edilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Afaq Bəşirqızının nəvələri like
  • 16 Okt 20:10  
Şou-biznes Afaq Bəşirqızının nəvələri

Xəbər verdiyimiz kimi, Xalq artisti Afaq Bəşirqızı 75 illik yubileyini tə

arrow Ətraflı
17 oktyabrda qısa iş günü olacaq? like
  • 16 Okt 20:03  
Digərləri 17 oktyabrda qısa iş günü olacaq?

18 oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür.

arrow Ətraflı