Mehriban Əliyeva Vatikanda açılış mərasimində iştirak edib


Siyasət 16 Okt 2025 22:30:00 83 0

Mehriban Əliyeva Vatikanda açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfərə gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 16-da səfər çərçivəsində Birinci Vitse-prezident və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar.

Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakabone, Mədəniyyət və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi və Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkeri Birinci Vitse-prezident Mehriban Əliyevanı qarşıladılar.

Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone Birinci Vitse-prezident Mehriban Əliyevanın uzun illərdir başçılıq etdiyi komissiya ilə çox yaxından və səmərəli əməkdaşlıq etdiyini bildirib. Paskuale Yakobone Komodilya katakombalarının açılışında iştirakına görə Birinci Vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib.

Bu layihə həyata keçirilməzdən əvvəl Azərbaycan tərəfi ilə iki digər mühüm layihənin icra olunduğu vurğulayan Komissiyasının prezidenti Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpasına Heydər Əliyev Fondunun səyləri nəticəsində nail olduqlarını vurğulayıb.

"Heydər Əliyev Fondunun dəstəyi ilə bir tərəfdən mürəkkəb, lakin digər tərəfdən bizi çox ilhamlandıran, böyük enerji verən bərpa işlərini birgə həyata keçirdik", - deyə o əlavə edib.

Paskuale Yakobone layihə çərçivəsində Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının üzvlərinin 2024-cü ilin iyulunda Azərbaycana yaddaqalan səfərini xatırladıb. O, bu işin yüksək səviyyədə başa çatdırılmasına görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib.

Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi ölkəmizə səmimi və dərin dostluq telləri ilə bağlı olduğunu vurğulayaraq, Azərbaycana üç dəfə səfər etdiyini diqqətə çatdırıb, səfərlər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu və məhz onun qərarı ilə Azərbaycan dövlətinin ən yüksək mükafatlardan birinə - "Dostluq" ordeninə layiq görüldüyünü qeyd edib. Canfranko Ravazi Birinci Vitse-prezident Mehriban Əliyeva ilə səmimi dostluq və qarşılıqlı hörmət münasibətlərindən söz açaraq deyib: "Bu münasibətlər uzun illər ərzində formalaşıb, şəxsən mənə böyük və dərin təəssürat bağışlayıb. Təşkil etdiyimiz səfərlərdə Birinci Vitse-prezidentin arxeologiya sahəsinə xüsusi bağlılığının şahidi olduq. Çünki səfərlər çərçivəsində bərpa olunan yerləri şəxsən özü ziyarət edirdi. Əlbəttə ki, onun dəstəyi sayəsində, Heydər Əliyev Fondunun göstərdiyi yardım nəticəsində bu gün katakombaların açılışında əməkdaşlığımızın yeni bir səhifəsini yazırıq. Görülmüş işlərə görə Birinci Vitse-prezidentə dərin təşəkkürümü bildirirəm".

O, hər iki tərəfin bu sahədə ahəngdarlıq nümayiş etdirdiyini qeyd edib.

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca növbəti səfərindən böyük şərəf hissi duyduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti bunun son 14 ildə Vatikana altıncı səfəri olduğunu diqqətə çatdırıb.

"Mən çox şadam ki, biz bu illər ərzində çox gözəl əməkdaşlıq yaratmışıq. Buraya hər gəlişimizdə bizim dostlarımızın sayı artır", - deyə Birinci Vitse-prezident qeyd edib.

Azərbaycanın əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşayan bir məkan olduğunu vurğulayan Mehriban Əliyeva deyib: "Bu gün bu prinsiplər həm bizim dövlət siyasətimizin əsasıdır, həm də həyat tərzimizdir. Əminəm ki, bugünkü mürəkkəb dünyada dövlətlərimiz arasında genişlənən əməkdaşlıq, dostluq əlaqələri bir nümunədir".

Birinci Vitse-prezident həm Vatikanda, həm də Azərbaycanda bu layihələrdə əməyi olan şəxslərə dərin minnətdarlığını ifadə edərək bildirib: "Heydər Əliyev Fondu olaraq gələcəkdə əməkdaşlığımızı davam etdirməyə maraqlıyıq və hazırıq. İnanıram ki, bu fəaliyyət davamlı olacaq. Sonda katolik dünyası üçün böyük mənəvi dəyərlər daşıyan "Yubiley İli" münasibətilə hər birinizi təbrik edirəm. Fürsətdən istifadə edərək, sizi Azərbaycana səfərə dəvət edirəm".

Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkeri Birinci Vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında çalışan insanlara burada görülmüş işlərə görə təşəkkürünü bildirib. Bu layihə üzərində bir neçə il çalışdığını deyən bələdiyyə prezidenti Azərbaycan səfirliyi ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

Sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Komodilya katakombalarının açılışı olub.

Qeyd edilib ki, Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin Vatikana səfəri zamanı 2021-ci il martın 4-də Fond və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Komodilya katakombalarının bərpası ilə bağlı müqavilə imzalanıb. Bildirilib ki, katakombların yerləşdiyi məkan XVIII əsrdə aşkar olunub, ilkin tədqiqatlar 1900-cü ildən başlanıb. Erkən xristianlıq dövrünə aid ilk artefaktların mövcud olduğu katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və orta əsrlərdə möminlərin ziyarətgahı olub. Katakombada ilk xristian əzabkeşi San Stefano, İsa peyğəmbərin həvari Pietroya Cənnətin açarlarını təqdim etməsi və digər mövzularda freskalar müstəsna dini və tarixi əhəmiyyət daşıyır. Ötən əsrin 50-ci illərində bu ərazidə yaşayış binalarının tikintisi katakombanın statikasına mənfi təsir göstərib. Heydər Əliyev Fondunun göstərdiyi dəstək katakombanın böyük arxeoloji dəyərə malik olan bu hissəsini uçmaq təhlükəsindən qoruyub.

Bərpa prosesi zamanı işçilərin sağlamlığı üçün təhlükəsiz, ekoloji cəhətdən təmiz materialların istifadəsi də daxil olmaqla, müasir metod və texnologiyalar tətbiq edilib. Məhsulların möhkəmləndirilməsi prosesində nanotexnologiyadan və boyalı səthlərin emalı üçün lazer texnologiyasından istifadə olunub. Bütün materiallar yeraltı mühitlə yüksək uyğunluq nəzərə alınmaqla seçilib.

Qeyd edək ki, Heydər Əliyev Fondu Vatikanda genişmiqyaslı bərpa işlərini fəal şəkildə maliyyələşdirməklə dünya mədəni irsinin qorunmasına mühüm töhfə verir. Bu təşəbbüslər Müqəddəs Taxt-Tac tərəfindən səmərəli əməkdaşlıq və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi nümunəsi kimi yüksək qiymətləndirilir. Son.az

“Qızımın artıq 18 yaşı olacaq, amma icazə vermir ki...” like
  • 16 Okt 22:25  
Şou-biznes “Qızımın artıq 18 yaşı olacaq, amma icazə vermir ki...”

Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizin ona qoyduğu qadağadan dan�

arrow Ətraflı
2 ildən bir yetişir, çürüyəndən sonra yeyilir – kilosu 30 manat like
  • 16 Okt 22:12  
Digərləri 2 ildən bir yetişir, çürüyəndən sonra yeyilir – kilosu 30 manat

Türkiyənin Sivas bölgəsində yetişən və nadir tapıldığı üçün dəy�

arrow Ətraflı
Meyvətərəvəz BAHALAŞDI like
  • 16 Okt 21:29  
Digərləri Meyvətərəvəz BAHALAŞDI

Bəzi meyvə-tərəvəzlərin qiymətində kəskin bahalaşma müşahidə edilir

arrow Ətraflı
Ot bahalaşdı, bəs ət?  QİYMƏTLƏR like
  • 16 Okt 21:16  
Digərləri Ot bahalaşdı, bəs ət? QİYMƏTLƏR

Son günlər Göyçayda ot bazarında bahalaşma müşahidə olunur. Belə ki, o

arrow Ətraflı
Özbaşına vitamin qəbulu qaraciyəti məhv edir  Açıqlama like
  • 16 Okt 21:03  
Digərləri Özbaşına vitamin qəbulu qaraciyəti məhv edir Açıqlama

Bəzi qida əlavəli həkim məsləhəti olmadan qəbul edilərsə faydasız ol

arrow Ətraflı
“PAŞA Bank" bu ilin hesabatını açıqladı like
  • 16 Okt 20:55  
Digərləri “PAŞA Bank" bu ilin hesabatını açıqladı

"Pasha bank"da 2025-ci ilin I yarımilinə həsr olunan mətbuat konfr

arrow Ətraflı
“Deyirdi ki, guya qızım pis yola düşüb, həyatımı söndürdü”  Mətanətin atası like
  • 16 Okt 20:50  
Kriminal “Deyirdi ki, guya qızım pis yola düşüb, həyatımı söndürdü” Mətanətin atası

"Xaricdən gələndən sonra səhər başlamışdı hədə-qorxuya. Bilməz

arrow Ətraflı
Un fabrikində baş verən yanğın söndürüldü like
  • 16 Okt 20:39  
Digərləri Un fabrikində baş verən yanğın söndürüldü

Gəncədə "Araboğlu" un fabrikində başlayan yanğın tam söndür�

arrow Ətraflı
“Ad günü” filminin aktyorları 48 ildən sonra bir arada like
  • 16 Okt 20:34  
Şou-biznes “Ad günü” filminin aktyorları 48 ildən sonra bir arada

"Ad günü" filminin qəhrəmanları 48 ildən sonra bir araya gəlibl

arrow Ətraflı
"Bank kredit borcuna görə tanışlarınıza zəng edə bilməz"  AÇIQLAMA like
  • 16 Okt 20:21  
Digərləri "Bank kredit borcuna görə tanışlarınıza zəng edə bilməz" AÇIQLAMA

Kredit götürərkən banklar vətəndaşdan zəruri olan bütün məlumatları

arrow Ətraflı
Ermənistanın Azərbaycana vurduğu ziyanla bağlı sənədlər məhkəmədə tədqiq edilib like
  • 16 Okt 20:15  
Siyasət Ermənistanın Azərbaycana vurduğu ziyanla bağlı sənədlər məhkəmədə tədqiq edilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Afaq Bəşirqızının nəvələri like
  • 16 Okt 20:10  
Şou-biznes Afaq Bəşirqızının nəvələri

Xəbər verdiyimiz kimi, Xalq artisti Afaq Bəşirqızı 75 illik yubileyini tə

arrow Ətraflı
17 oktyabrda qısa iş günü olacaq? like
  • 16 Okt 20:03  
Digərləri 17 oktyabrda qısa iş günü olacaq?

18 oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür.

arrow Ətraflı
Abid Şərifov insult keçirib  Vəziyyəti ağırdır like
  • 16 Okt 19:56  
Digərləri Abid Şərifov insult keçirib Vəziyyəti ağırdır

Baş nazirin sabiq müavini Abid Şərifov insult keçirib.

arrow Ətraflı
Arıqlama dərmanı alkoqolizmə də çarə imiş like
  • 16 Okt 19:53  
Digərləri Arıqlama dərmanı alkoqolizmə də çarə imiş

ABŞ alimləri müəyyən ediblər ki, şəkərli diabetin və artıq çəkinin

arrow Ətraflı