Hər evdə olan bu cihaz danışıqlarımızı dinləyirmiş
Digərləri 16 Okt 2025 22:36:00 90 0
Kaliforniya Universitetinin (UC Irvine) alimləri adi optik kompüter siçanlarının səs dalğalarını titrlər vasitəsilə qəbul edərək danışılan sözləri müəyyən edə bildiyini aşkar ediblər. Bu yeni hücum üsuluna zarafatla "Mic-E-Mouse" adı verilib.
Bu xəbəri də oxu: Pensiya ilə bağlı vacib
Son.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar cəmi 35 dollarlıq, 20 min DPI həssaslığa malik bir siçandan istifadə edərək xüsusi proqramla söhbətləri 61% dəqiqliklə "dinləməyi" bacarıblar.
Danışdıqda masada yaranan mikroskopik titrəmələr siçanın sensoru tərəfindən qeydə alınır. Bu titrəmələr proqram vasitəsilə təmizlənir. Daha sonra süni intellekt həmin titrəmələrdən söz və rəqəmləri təxmin edir.
Xüsusilə qısa sözlər və kredit kartı nömrələri kimi rəqəmlər yüksək dəqiqliklə tanınır - bu da böyük təhlükə yaradır.
Bu prosesin həyata keçməsi üçün əvvəlcə kompüterə zərərli proqram yüklənməlidir. Mütəxəssislər bildirir ki:
Siçan sensor məlumatları antiviruslar tərəfindən zəif qorunur Hətta sadə "open source" proqram belə bu məlumatları oğurlamaq üçün kifayət edir Masanın materialı belə nəticəyə təsir edir Sərt və hamar səthlərdə siçan daha dəqiq "dinləyir" Mouse pad və ya parça örtük istifadə edildikdə təsir xeyli azalır Səsli və ya titrək mühitdə sistemin dəqiqliyi düşürAlimlər həmçinin qeyd ediblər ki, siçan addım səslərini və klaviatura tuş vuruşlarını da titrəmə ilə ayırd edə bilir.
Tədqiqat qrupu nəticələri 26 siçan istehsalçısına göndərib və təhlükəsizlik tədbirləri görülməsini tələb edib. Hazırda bəzi şirkətlər sensor məlumatlarının qorunması üçün təhlükəsizlik yeniləmələri hazırlayır.
Mütəxəssislərin tövsiyəsi:
Mouse pad istifadə edin Şübhəli proqram quraşdırmayın Mikrofon olmasa belə həssas məlumatları səslə ifadə etməyinLalə Qüdrətova Son.az
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva Müqəd

Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizin ona qoyduğu qadağadan dan�

Türkiyənin Sivas bölgəsində yetişən və nadir tapıldığı üçün dəy�

Bəzi meyvə-tərəvəzlərin qiymətində kəskin bahalaşma müşahidə edilir

Son günlər Göyçayda ot bazarında bahalaşma müşahidə olunur. Belə ki, o

Bəzi qida əlavəli həkim məsləhəti olmadan qəbul edilərsə faydasız ol

"Pasha bank"da 2025-ci ilin I yarımilinə həsr olunan mətbuat konfr

"Xaricdən gələndən sonra səhər başlamışdı hədə-qorxuya. Bilməz

Gəncədə "Araboğlu" un fabrikində başlayan yanğın tam söndür�

"Ad günü" filminin qəhrəmanları 48 ildən sonra bir araya gəlibl

Kredit götürərkən banklar vətəndaşdan zəruri olan bütün məlumatları

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Xəbər verdiyimiz kimi, Xalq artisti Afaq Bəşirqızı 75 illik yubileyini tə

18 oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür.

Baş nazirin sabiq müavini Abid Şərifov insult keçirib.
